Region
Əraqçi rədd etdi - “Nə indi, nə də gələcəkdə olmayacaq”
"İran öz raket proqramları ilə bağlı danışıqlar aparmaq niyyətində deyil, çünki bu proqramlar müstəsna olaraq müdafiə xarakteri daşıyır".
Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
Nazirin sözlərinə görə, uranın zənginləşdirilməsinə qoyulan qadağa məsələsi İranın baxış bucağından müzakirə mövzusu deyil. O vurğulayıb ki, uranın zənginləşdirilməsi İranın qanuni hüququdur və davam etdirilməlidir. Araqçı həmçinin əlavə edib ki, hətta bombardmanlar belə ölkəni müvafiq imkanlardan məhrum edə bilməyib.
Nə indi, nə də gələcəkdə raketlərlə bağlı danışıqların mümkün olmadığını bildirən Əraqçi, bunun səbəbi kimi həmin proqramların müdafiə məqsədli olmasını göstərib.
O, İranın nüvə məsələsinin isə yalnız və yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini də qeyd edib.
Hüseyn İbadlı
-
Sağlamlıq09:38Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu





































