Region
Paşinyan mühafizəsini gücləndirdi - Onu kilsədə vura bilərlər(FOTO)
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə şəxsi təhlükəsizlik məsələləri ilə bağlı yerli medianın gündəminə gəlib.
Publika.az xəbər verir ki, saytlar baş nazirin mühafizəsinin ikiqat gücləndirildiyini iddia edən məqalələr dərc edirlər. "Mamul" nəşrinin yaydığı məlumata görə, Ermənistan rəhbəri bu gün Arabkirdəki Müqəddəs Xaç Kilsəsində keçiriləcək mərasimdə iştirak edəcək. O kilsəyə gəlməmişdən öncə əraziyə xeyli sayda polis qüvvələri cəlb edilib.
Bəzi müxalifət saytları yazırlar ki, Paşinyan artıq əvvəlki kimi xalqın arasına sərbəst şəkildə çıxa bilməməsinin məlum səbəbləri var. Onun hətta müqəddəs məkanlar sayılan ziyarətgahlar, kilsələrdə belə öz mühafizəsini gücləndirməsi sui-qəsd ehtimalının artmasından xəbər verir. "24Nyus"un yaydığı kadrlara şərh yazan siyasi fəalların bir qismi isə iddia ediblər ki, radikallar ölkədə siyasiləşmiş dini sistemi dağıdan baş nazirə məhz kilsə ziyarətləri zamanı müxtəlif formada hücumlar edə bilərlər.
Tural
-
MDB20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR




































