Region
Əraqçi: Azərbaycan Prezidenti nüvə danışıqları ərəfəsində Pezeşkianla əlaqə saxladı
ABŞ ilə İran arasında aparılan nüvə danışıqları ərəfəsində regionun yeddi ölkəsinin lideri, o cümlədən Azərbaycan Prezidenti rəsmi Tehranla təmasda olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi yerli mətbuata açıqlamasında bildirib.
Nazir qeyd edib ki, budəfəki danışıqların 2013-2015-ci illərdəki prosesdən əsas fərqi region ölkələrinin məsələdə ciddi iştirakıdır:
"Son danışıqlar raundu başlamazdan əvvəl regionun yeddi ölkəsinin lideri cənab Prezident Məsud Pezeşkianla telefon əlaqəsi saxlayıb. Onlar danışıqlarla bağlı müzakirələr aparıb, təkliflər verib və İranın müsbət cavab verməsini xahiş ediblər. Bu ölkələr Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və Azərbaycandır".
XİN rəhbəri əlavə edib ki, region ölkələrinin bu təşəbbüsü gərginliyin azaldılmasında və tərəflərin danışıqlara təşviq edilməsində mühüm rol oynayıb.
"Biz onların xoş niyyətinə və səmimi səylərinə hörmətlə yanaşırıq", – Əraqçi vurğulayıb.
-
MDB20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR




































