Region
İran bu iki ölkəni məlumatlandırdı: ABŞ ilə danışıqlar...
Tehran ABŞ ilə İranın nüvə proqramı üzrə danışıqların təfərrüatı və gedişatı barədə Moskva və Pekini məlumatlandırıb.
Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb.
Bir gün əvvəl İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qərib-Abadi sosial media hesabında yazıb ki, Omanda keçirilən ABŞ ilə danışıqlardan sonra Çin və Rusiya səfirləri ilə görüş keçirilib. Görüşdə danışıqların gedişatı barədə ətraflı məlumat verilib.
İRNA agentliyi nazirin sözlərini sitat gətirərək bildirib: “Biz Çin və Rusiya ilə məsləhətləşmələrimizi davam etdiririk. Onlar strateji tərəfdaşlarımız və dost ölkələrdir. Müavinim dünən Çin və Rusiya səfirləri ilə görüşərək danışıqların təfərrüatlarını onlara təqdim etdi. Məsləhətləşmələrimiz davam edəcək”.
Qeyd olunur ki, bu açıqlama ABŞ və İran nümayəndə heyətlərinin Omanın Maskat şəhərində keçirilmiş danışıqlarından bir neçə gün sonraya təsadüf edir. Omanın vasitəçiliyi ilə baş tutan görüş 2025-ci ilin iyununda İran-İsrail münaqişəsinin açıq mərhələsi səbəbindən yaranan fasilədən sonra ilk görüş idi. O vaxta qədər tərəflər beş raund məsləhətləşmə keçirmişdi.
-
Sağlamlıq09:38Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu





































