Region
İranda yeni həbs dalğası - Siyasi xadimlər ittiham edilir
İranda yanvar ayındakı etiraz aksiyalarının iştirakçılarını dəstəklədiklərinə görə bir neçə siyasi xadim saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Bildirilib ki, Tehran prokuroru yanvar ayındakı terror hərəkətlərinə (İran hakimiyyəti iğtişaşları bu cür adlandırır) bəraət qazandıran və ölkənin təhlükəsizliyinə təsir göstərən siyasi və media cərəyanının üzvlərini cinayət törətməkdə ittiham edib. Bundan əlavə, həmin şəxslərin İsrail və ABŞ-ı dəstəklədikləri qeyd olunur.
Agentliyin dəqiqləşdirməsinə görə, söhbət İran İslahat Cəbhəsinin son rəhbəri Azər Mənsuri, İran Xarici İşlər Nazirliyi rəhbərinin keçmiş müavini Möhsün Aminzadə, eləcə də siyasi fəal və ölkə parlamentinin üçüncü çağırış (1988-1992-ci illər) deputatı İbrahim Əsğərzadədən gedə bilər. Qeyd edək ki, Əsğərzadə siyasi karyerasının əvvəlində 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirən tələbə qrupunun liderlərindən biri olub.
Fevralın 1-də İranın ali rəhbəri Əli Xameneyi İslam Respublikasında baş vermiş son iğtişaşları dövlət çevrilişinə cəhd hesab etdiyini bildirib.
İran 2025-ci ilin dekabr ayının sonunda milli valyuta olan rialın dəyərdən düşməsi ilə bağlı kütləvi etiraz dalğası ilə üzləşmişdi. Hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirmiş, polis etirazçılara qarşı gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə etmişdi.
Ölkənin Xarici İşlər Nazirliyi bu etirazlarda ABŞ və İsraili ittiham etmişdi.
Hüseyn İbadlı
-
MDB20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR




































