Region
10 min yüksək səviyyəli süni intellekt mütəxəssisi hazırlayacağıq - Ərdoğan
"Türkiyəni süni intellekt texnologiyaları üzrə qabaqcıl dövlətlər sırasına çıxaracaq yeni fəaliyyət planının indidən uğurlu olmasını diləyirəm".
Publika.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı qeyd edib ki, süni intellektin düzgün dərk edilməsi və təhlükəsiz şəkildə istifadə edilməsini təmin etmək üçün "Milli Süni İntellekt Savadlılığı" proqramına start veriləcək.
"81 vilayətimizdə həyata keçirəcəyimiz "süni intellekt savadlılığı" emalatxanaları vasitəsilə iki il ərzində 5 milyon insana təlimlər keçəcəyik. Məlumatları dəyərə çevirmə prosesinə sürət qatacağıq. Süni intellekti həyatın müxtəlif sferalarında real faydaya çevirəcəyik. 2030-cu ilə qədər ölkəmizin məlumat mərkəzli gücünü ən azı bir GB (Giqabayt) səviyyəsinə qaldıracağıq. 10 min yüksək səviyyəli süni intellekt mütəxəssisi və 100 min süni intellekt tətbiqi peşəkarı hazırlayacağıq. İstanbulu süni intellekt sektorunda beynəlxalq bir vitrin olaraq formalaşdırmağı planlaşdırırıq. Türkiyə əsrini rəqəmsal transformasiyanın da əsrinə çevirəcəyik", - deyə Ərdoğan qeyd edib.
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi




















.jpg)







.jpg)








