Region
Türkiyə və Rusiya klinikalarında qiymət: Harada daha ucuzdur?
Türkiyədə yaşayan rusiyalı səyahət bloqçusu yerli klinikanın xüsusiyyətlərini "böyük qənaət" adlandırıb.
Publika.az xəbər verir ki, o, təəssüratlarını “Zen” platformasındakı "Mom at Sea | Turkey and Travel" adlı şəxsi bloqunda paylaşıb.
O qeyd edib ki, ruslar getdikcə daha çox tibbi xidmətlər üçün Türkiyəyə gəlirlər:
“Ruslar buraya stomatoloji müayinələr, saç əkimi, müayinələr, görmə müalicəsi, plastik cərrahiyyə və süni mayalanma üçün gəlirlər. Ən populyar şəhərlər arasında İstanbul, Ankara, İzmir və əlbəttə ki, Antalya var".
Blogerin anasının stomatoloji müayinəyə ehtiyacı olub.
“Soçidə prosedur 1,2 milyon rubla (təxminən 26 min manat) başa gəldi, Türkiyənin Antalya şəhərindəki bir klinikada isə 600.000 rubl (təxminən 13 min manat) tələb olundu. Düzdür, anam Antalyaya iki dəfə uçmalı olacaq. Bu qədər geniş stomatoloji müayinəni bir səfərdə tamamlamaq mümkün deyil. Amma biletləri, yaşayış yerini, yeməyi və digər xərcləri də əlavə etsəniz belə, bu, yenə də Soçidə müayinədən xeyli ucuzdur", - deyə bloger qeyd edib.
Buna baxmayaraq, rusiyalı qadın ən ucuz klinikaya getməkdənsə, diqqətlə klinika seçməyi tövsiyə etdi. O, həkimin ixtisasına, rəylərinə, istifadə olunan avadanlıq və materiallara, müalicə planına və zəmanətlərinə diqqət yetirməyi tövsiyə edib.
Müəllif: Tural
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı













.jpg)



.jpg)


.png)


.jpg)
















