Rəsmi xronika
Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım - Prezident
Hər qarış torpaq bizim torpaqdır və onları biz azad etməli idik. Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsində bildirib.
İşğal altındakı torpaqlarımızın azad edilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin vəsiyyəti barədə danışan dövlətimizin başçısı deyib: “Atamın vəsiyyəti təkcə Şuşa ilə bağlı deyildi, o vaxt işğal altında olan bütün torpaqlarla bağlı idi. Şuşa alınandan sonra mən atamın qəbrini ziyarət edərək dedim ki, onun vəsiyyətini yerinə yetirdim. Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım. Şuşa, əlbəttə ki, hər bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi məna daşıyır. Təsadüfi deyil ki, mən Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etdim. Ancaq bütün digər şəhərlər də mənim üçün, bütün Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır”.
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU






































