Rəsmi xronika
Diplomatların ailə üzvlərinin hüquqları müəyyənləşdi - MM
Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Publika.az "trend"-ə istinadla xəbər verir ki, sənədə əsasən, razılığa gələn tərəflərdən birinin diplomatik nümayəndəliklərinin, konsulluqlarının və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin digər razılığa gələn tərəfdə və ya razılığa gələn tərəfin ərazisində təsis edilmiş beynəlxalq təşkilatda rəsmi akkreditə olunmuş üzvlərini müşayiət edən şəxslərə, bu sazişə əsasən, qəbul edilən dövlətdə və müşayiət etdikləri şəxslər eyni evdə yaşadıqları təqdirdə, qarşılıqlı şəkildə qəbul edən dövlətdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə veriləcək. Qəbul edən dövlətin müəyyən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı milli qanunvericiliyi qorunub saxlanılır.
Müşayiət edən şəxslər dedikdə aşağıdakılar nəzərdə tutulur:
- diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin üzvünün xüsusi yaşama ərizəsinə malik nigahda olduğu həyat yoldaşı;
- diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin üzvünün qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq xüsusi yaşama icazəsi olan 25 yaşına çatmamış subay uşaqları, həmin uşaqlar 21 yaşına çatmamış diplomatik nümayəndəliklərin, konsulluqların və ya daimi nümayəndəliklərin üzvünün rəsmi səlahiyyətli müşayiət edən şəxs qismində qəbul edən dövlətə daxil olduqda və ya
- diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin üzvünü müşayiət edən, qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq xüsusi yaşama icazəsi olan hər hansı şəxsə qəbul edən dövlət özünün qüvvədə olan daxili qaydalarına əsasən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmağa icazə verilə bilər.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


