Rəsmi xronika
İlham Əliyev keniyalı həmkarını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Biz Keniya ilə əlaqələrimizin inkişafına böyük əhəmiyyət veririk. Azərbaycan ilə Keniya arasında diplomatik münasibətlərin qurulmasından ötən iyirmiillik dövr ərzində ikitərəfli əlaqələrimiz genişlənmiş, müxtəlif sahələrdə əməkdaşlığımız dinamik inkişaf etmişdir.
İnanıram ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası münasibətlərimizi daha da möhkəmləndirmək, qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Avropa13:49Tusk və Kosinyak-Kamışa sui-qəsd xəbərdarlığı: Xüsusi xidmət orqanları hərəkətə keçdi
-
Sağlamlıq13:38Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq
-
MDB12:30Putindən məşhur heykəltəraşa irad: "Əslində hər şeyi Tanrı yaradıb!"
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
İdman10:24Günün oyunları - Afişa











.jpg)



















.jpg)




