Rəsmi xronika
İlham Əliyevin müraciəti BMT TŞ və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıldı
BMT katibliyi Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.
Publika.az xəbər verir ki, İcmanın bununla bağlı bəyanatında deyilir: “Qərbi Azərbaycan məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəmdə saxlayan Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması insan hüquqları mövzusu olaraq Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin artırılmasında mühüm rol oynayır.
Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsinə beynəlxalq aləmin dəstəyinin əldə edilməsi istiqamətində səylərini davam etdirəcək. İcma Ermənistan hökumətindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər müvafiq beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq, Qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir”.
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər
-
Dünya10:30Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi
-
Rəsmi xronika10:27Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi
-
Hadisə09:13Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI











.jpg)


























