Nida Xəbər
TÜRKPA Baş katibi AK Parti sədrinin birinci müavini ilə görüşdü
17 iyun 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsən Türkiyə Cumhuriyyətinə rəsmi səfəri çərçivəsində Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türkiyə Parlamentinin millət vəkili cənab Efkan Ala ilə görüşüb.
TÜRKPA Baş katibi cənab Ramil Həsən TÜRKPA-nın həyata keçirdiyi layihələr, Türk dövlətləri arasında iqtisadi, siyasi, mədəni və parlamentlərarası əlaqələrin inkişafı istiqamətində atılan addımlar və gələcək planlar barədə geniş məlumat verib.
Öz növbəsində AK Parti sədrinin birinci müavini, Türkiyə Parlamentinin millət vəkili cənab Efkan Ala TÜRKPA-nın fəaliyyətinə xüsusi önəm verdiklərini, həm Türkiyə dövlətinin, həm Türkiyə hökuməti və parlamentinin TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə atılan addımların qardaş türk dövlətləri arasında strateji münasibətlərin yeni mərhələyə keçməsi istiqamətində mühüm bir addım olduğunu qeyd edib, TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə lazımi bütün dəstəyi göstərəcəyini vurğulayıb.
Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali iştirak edib.
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Digər13:15Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
İdman13:06Litva səfirindən Qurban Qurbanova dəstək: "Belə irs daim yaşayır!”
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto






















.jpg)










.jpg)

.jpg)