Prezident təsdiqlədi: İşıqla bağlı sabit aylıq tarif...
Bizi izləyin

Rəsmi xronika

Prezident təsdiqlədi: İşıqla bağlı sabit aylıq tarif...

Prezident təsdiqlədi: İşıqla bağlı sabit aylıq tarif...

Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Publika.az xəbər verir ki, bundan sonra, Azərbaycanda elektroenergetika sektorunda sabit tarif tətbiq olunacaq.

Sənədə əsasən, elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə aylıq sabit tarif tətbiq olunacaq.

Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq ediləcək və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm