Yəhudilər nə üçün ağıllı və UZUNÖMÜRLÜ OLURLAR? - İNANMAYACAQSINIZ
Bizi izləyin

Sağlamlıq

Yəhudilər nə üçün ağıllı və UZUNÖMÜRLÜ OLURLAR? - İNANMAYACAQSINIZ

Balıq yəhudi mətbəxi, dini və yəhudi fəlsəfəsinin rəmzlərindən biridir. O, Tövratda da səmavi bayram simvollarından biri sayılır. Balıq bürcü isə yəhudilərdə həmişə ən xeyirxah zodiak işarəsi kimi qəbul olunub. Bu, bəlkə də onunla bağlıdır ki, iudaizm dinində balığın pis gözlərdən qoruduğuna inanılır. Bundan başqa, yəhudilərin fikrincə, göz qapaqları olmayan balıq Allahın ayıq gözüdür.

Tanexe, Talmud və Kabbala - yəhudi mistikasında balığa müxtəlif aspektlərdən baxılır və bizim müzakirə çərçivəmizdən kənara çıxırlar. Bu yazıda biz balığa yalnız kulinariya obyekti kimi baxmışıq.

Publika.az xarici mətbuata istinadən oxucuları balığın faydalı tərəflərilə də tanış edib.

Biz sağlam olmaq üçün qidalar vasitəsilə zülallar, yağlar, karbohidratlar, mineral və bioloji aktiv maddələr, o cümlədən vitaminlər qəbul etməliyik. Balıq isə C vitamini və karbohidratlar istisna olmaqla, bütün bu maddələrin ən yaxşı mənbəyidir.

Zülallar bütün orqanizmin əsasını təşkil edən, həmçinin maddələr mübadiləsi və tənzimləmə funksiyalarına görə cavab verən vacib elementdir. Qana hemoqlobin və oksigeni mürəkkəb zülallar daşıyır. Fermentlər və bəzi hormonlar (məsələn, insulin) da - zülallardır. Zülallar orqanizmi qoruyur və bir çox digər funksiyaları yerinə yetirir. Və nəhayət, zülal orqanizm enerji mənbəyi kimi istifadə oluna bilər. 1 qram zülal oksidləşmədə 4.1 kalori yaradır.

Zülallarda amin turşuları da var. Kimyaçılara çox sayda amin turşuları məlumdur, lakin onlardan yalnız 20-si zülalların tərkibinə daxildir. Canlı orqanizmlərdə amin turşuları zülalların və digər bioloji mühüm birləşmələrin biosintezində istifadə edilir. Bakteriyalar və bitkilər bütün lazım olan amin turşuları bəsit maddələrdən sintez etmək qabiliyyətinə malikdir. Lakin bir sıra canlı orqanizmlərdə və insanda amin turşuları sintez oluna bilmir, ona görə də onlar orqanizmə qida ilə daxil olmalıdır. Onlar əvəz oluna bilməyən amin turşular adlanır. Odur ki, balıq əvəzolunmaz amin turşuları və zülallarının əsas mənbəyidir.

Yağların miqdarı isə 0,4%-dən 29%-ə qədər (ağ, qızıl balıq, qütb siyənəyi) çatır. Balıq yağı yarımduru olub, çoxlu miqdarda doymamış yağ turşularından təşkil edilir. Bu turşular oksigenlə asanlıqla oksidləşirlər, odur ki, balıq ətini saxladıqda o iylənir və dadı korlanır.

Balıqda olan doymamış - Omeqa 3 yağ turşuları qiymətlidir. Və amin turşuları kimi yağ turşuları əvəzolunmaz olur, yəni onları bizim orqanizm sintez edə bilməz, qida ilə almalıdır. Balıq isə doymamış və əvəzolunmaz yağ turşularıyla, eləcə də yağda həll olan vitaminlərlə zəngindir.

Yəhudilər niyə uzunömürlü olur?

Balıq yağı dünyada gənclik məlhəmi hesab edilir. Tədqiqatçılar Omeqa 3 yağ turşularının hüceyrə pərdəsinə keçərək metabolizmaya təsir etdiyini müəyyənləşdirib. Orqanizm üçün vacib olan Omeqa 6 və Omeqa 3 yağları mütəmadi şəkildə qəbul edilməsinin faydaları aşağıdakı kimi göstərilir: Yaşlanma prosesini gecikdirir, dərini gözəlləşdirir. Şaça parlaqlıq verir və qırışıqlıqları azaldır.

Məhz buna görə də alimlər həftəlik qida rasionunda balıq rolunun mühüm olduğunu bildirərək xörəklərin tərkibində balıq ətinin istifadəsinin vacibliyini ortaya qoyub. Balıqdan hazırlanan qidaların tərkibində Omeqa 3-ün olması hər bir orqanizm üçün xüsusi əhəmiyyətə malikdir. Balıq növlərinə görə siz qızılbalıq, sardina (Siyənəklər fəsiləsindən xırda balıq), skumbriya və ala balığa üstünlük verə bilərsiniz.

Yəhudilərin ağıllı olmasının balıqla nə əlaqəsi var?

Son illərdə diyetoloqlar və həkimlər doymamış yağ turşuları – Omeqa 3-ün möcüzəli xüsusiyyətlərini tez-tez aydınlaşdırır. Elmi araşdırmalar göstərir ki, bu əvəzolunmaz yağ turşuları beyinin işini normallaşdırırlar və inkişaf etdirir, ürək-damar sisteminə profilaktik və müalicəvi təsir göstərir, altsheymer xəstəliyi, hipertoniya, ateroskleroz, şəkər xəstəliyi, revmatizm və podaqra kimi dəri xəstəliklərinin müalicəsində uğurla istifadə olunur.

Bəzi tədqiqatlar da göstərir ki, Omeqa 3 gənclər arasında aqressivliyi və depressiyanı azaldır, disleksiya (beyin qabığının zədələnməsi nəticəsində oxumaq qabiliyyətinin itməsidir) xəstələrinə kömək edir.

Həmçinin əgər ana hamiləlikdə və əmizdirmə müddətində kifayət miqdarda Omeqa 3 alırsa, körpənin beyni və görmə bacarığı daha yaxşı inkişaf edir. Həftədə ən az 3 dəfə balıq yedikdə ağıl və zehin sağlamlığı daha yaxşı olur. Şizofreniya, depressiya kimi xəstəliklər az müşahidə edilir.

Balıq yeməyi sevən yəhudilərin ağıllı olmasının bir səbəbi budur. Onlar çox gözəl bilir ki, uşaqların beyin inkişafı üçün qidalanma rasionunda balıq xüsusi yer tutur. Ümumiyyətlə, balığın faydalı cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Yeri gəlmişkən qeyd edək ki, İsraildə balıqların istifadə müddətinə, keyfiyyətinə xüsusi nəzarət edilir.

Tərkibindəki B1 və B2 vitaminləri 0,05-0,1 mq%, PP vitamini isə 1-5 mq%-ə çatır. Yağlı balıqların toxumalarında A və D vitaminləri də olur. Dəniz balıqlarının qaraciyərindən alınan yağlarda isə bu vitaminlər daha çox olur. Belə balıqların ətində mikroelementlər, yod çoxdur. Məhz bu kimi amillər də insanın daha sağlam və uzun yaşamasına yardım edir.

O tez xarab olan yeyinti məhsullarına aiddir. Balıq hətta ətdən də tez xarab olur. Odur ki, balığı tutduqdan sonra onu -2-3°-yə kimi tez soyutmaq lazımdır.

Məlumat üçün bildirək ki, balığın faydaları və onun zəruri qida mənbəyi olması təxminən 1400 il əvvəl göndərilən Quranda da bildirilib. Quranda dəniz məhsullarını "Təzə ət yeməyiniz üçün dənizi də sizə ram edən Odur..." ("Nəhl" surəsi, 14), "Dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara da faydalı olsun deyə halal edildi..." ("Maidə" surəsi, 96) ayələri ilə xəbər verir.

Bundan əlavə, "Kəhf" surəsində də balığa xüsusi diqqət çəkilir. Bu surədə həzrəti Musanın və onun gənc köməkçisinin uzun bir səfərə çıxdığı və özləri ilə də qida kimi balıq götürdüyü qeyd edilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm