Sağlamlıq
Çürük diş infarkt riskini artırır? - ŞOK İDDİA
Amerikalı alimlərin araşdırmalarına görə, dişlərin sağlamlığı ilə insan orqanizminin ən həssas orqanı hesab edilən ürəyin birbaşa əlaqəsi var. Belə ki, ürək-damar xəstəliklərinin yaranması, inkişafı da məhz bununla əlaqəlidir.
Publika.az xəbər verir ki, ABŞ alimləri gün ərzində dişlərin 3 dəfə təmizlənməsini dəstəkləməsə də, diş əti və ağız boşluğunun müntəzəm olaraq həkim nəzarətində yoxlanılmasının insan sağlamlığı üçün önəmli olduğunu deyir.
Bunun ürək-damar xəstəliklərinə yol aça biləcək bir çox faktoru aradan qaldırdığı deyilir.
Damaq xəstəliklərinin ürək problemlərinə səbəb olması elmə məlumdur. Lakin insanlar bu iki patologiyanın əlaqəsinin səbəbini izah edə bilmirdi. Mütəxəssislərin son araşdırması zamanı isə məlum olub ki, bu halda əsas “günahkarlar” ağız boşluğunda yaşayan streptokok bakteriyalardır. Damaq xəstəliklərinin yaranmasına səbəb olan mikro orqanizmlər damaqdan (qanama halları zamanı) qana keçir. Qana keçən mikro orqanizmlər qanda xüsusi zülal əmələ gətirir ki, bu da trombositlərin yapışmasına (laxtalanmaya) səbəb olur. Məhz bu üsulla bakteriyalar özünün müdafiəsini təmin edir. Lakin bakteriyalar ətrafında müdafiə səddi yaradan trombositlər immun sistemini qorumağa çalışır. Zülal isə trombositlərin yapışqanlığını artırır və bununla da ürək xəstəlikləri inkişaf edir.
Könül Cəfərli
-
Sosial21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"


























.jpg)









.jpg)
