51 yaşlı sinqapurlu fenomenin HEYRƏTAMİZ CAVANLIQ SİRRİ – FOTO
Bizi izləyin

Sağlamlıq

51 yaşlı sinqapurlu fenomenin HEYRƏTAMİZ CAVANLIQ SİRRİ – FOTO

Bəzən bizdə elə təəssürat yaranır ki, Asiya torpağında, yeməklərində və ya havasında sirli nə isə var. Çünki bəzi sakinləri yaşlarından qat-qat cavan görünürlər. Qocalmaq sözü onlara tamamilə yaddır.

Publika.az bu yazıda oxucuları əvvəllər model kimi fəaliyyət göstərən, hazırda isə fotoqraf kimi çalışan 51 yaşlı Çuando Tanın gənclik sirləri ilə tanış edib. Gündən-günə cavanlaşan Tanın gənclik sirri ilə tanış olmağa dəyər.

Sinqapurlu Çuando Tan 1980-cı illərdə model kimi çalışıb, 1990-cı ildə isə o, müğənnilik edib. Amma onun səhnə karyerası çox uzun çəkməyib, ona görə də Tan özünə başqa məşğuliyyət seçib. Artıq neçə ildir ki, fotoqrafiya ilə məşğul olan Tan sosial şəbəkələr sayəsində məşhurlaşıb:

“Dostumun məsləhəti ilə İnstaqramdan qeydiyyatdan keçdim, axı fotoqraf sosiallıq baxımdan aktiv olmalıdır. Hesabın aktivləşməsi üçün özümün bir neçə fotosunu yüklədim və beləcə məşhur oldum”.

Sosial şəbəkə istifadəçiləri dərhal seziblər ki, Tan heç dəyişmir və heç də 51 yaşında görünmür. Bəziləri hesab edir ki, məsələ genetikadır. Digərləri isə Tanın gənc qalmasını yaşadıqları yerlə əlaqələndirir. Məsələ ondadır ki, Sinqapurda hava çox təmizdir, mətbəxi faydalıdır, qidaları keyfiyyətlidir, tibb isə onlarda yaxşı inkişaf edib.

Səhərlər 6 yumurta yeyir

Tan “Siz nə yeyirsinizsə, ondan ibarətsiniz" prinsipinə əsaslanır və hesab edir ki, bədənin xarici görünüşünün vəziyyəti 70% yeməkdən, 30% isə hərəkətdən asılıdır. Ona görə də o, hər səhər bərk bişmiş 6 yumurta sarısı yeyir. Həmçinin bəzən bir stəkan süd, giləmeyvə ilə avokadoya da üstünlük verir. Bu, günə enerji ilə başlamaq üçün bədəni zülal ehtiyatı ilə təmin edir.

Yumurtadan əlavə gün ərzində toyuq əti ilə düyü, buxarda bişmiş tərəvəz, göyərti və balıq şorbası yeyir. "Dondurma zəif yerimdir, bəzən özümə icazə verirəm, amma onu yalnız günün birinci yarısında yeyirəm" , - deyə fotoqraf bildirib. O həmçinin qəhvə və çaydan qaçır, amma çoxlu su içir. Siqaret çəkmir, spirtli içkilər qəbul etmir, axşama yaxın təzə göyərtidən hazırlanan salat yeyir.

Məşqlərə bütün gün ərzində təxminən 90 dəqiqə sərf edir

Həftədə 4 dəfə (və ya heç olmasa 3 dəfə) Tan idmanla məşğul olur. Güc məşqi üçün həmişə kardio ilə məşğul olur, dizindəki zədə üzündən qaça bilmir, əvəzində qaçış cığırında sürətlə gəzir. Eləcə də hər gün üzgüçülüklə məşğul olmağa çalışır: Axşamlar hovuza gedir və təxminən bir saat üzür.

Sadəcə sevdiyi işlərlə məşğul olur!

Ola bilsin ki, bu, bayağı səslənir, amma nə qədər insan sevdiyi işlə məşğul ola bilir? Bəlkə, bu cavanlıq sirridir? Axı məşğul olduğumuz hər iş psixologiyamıza, deməli, həm də bütün orqanizmə təsir göstərir.

"Mən çoxlu müxtəlif işləri yoxladım və sonda həqiqətən də xoşuma gələn iş üzərində dayandım. İnsanları və onlarlıa ünsiyyət qurmağı, çəkiliş təyin etməyi və şəkil çəkməyi sevirəm. evdiyimiz hər hansı işlə məşğul olsanız, özünüzü daim pis hiss edəcəksiniz, şübhəsiz ki, bu, səhhətinizə təsirsiz ötüşməyəcək”, - deyə Tan etiraf edib.

Dəri üçün baxım kremlərindən istifadə etməyin!

Bəziləri hesab edirlər ki, sinqapurlu fotoqraf ya plastik əməliyyat etdirib, ya da açıq-aşkar hansısa kosmetikadan istifadə edir. Lakin o, bütün bunları inkar edir: "Dərim çox həsssasdır, odur ki, yalnız 2 vasitədən istifadə edirəm: duş üçün gel və üzü nəmləndirmək üçün krem”.

Bir dəfə ona botoks seansı hədiyyə edilib, amma effekt xoşuna gəlmədiyindən o, daha kosmetoloq yanına getmir. Ancaq Tan etiraf edir ki, saçlarını boyayır, çünki dənlər özünü büruzə verir.

Gec saatlarda vanna qəbul etmir

Əslində o, hər gün sonra 23:00-dan gec yatağa girməməyə və ümumiyyətlə səhərlər tez durmağa çalışır. Tan əmin edir ki, gecə işi və ya gecə yarıya qədər filmlərə baxış sağlamlığa xeyir gətirmir. Möhkəm yuxu üçünə o, yatmazdan 5-6 saat qalmış yemək qəbulunu dayandırır.

"İnanın ki, erkən yuxu çox şeyə dəyər. Tez yatsanız, səhər yuxudan oyandıqdan sonra bütün işlərinizi görməyə vaxtınız olacaq, nəinki gecə yarıya qədər işləmək”.

Və sirri nədədir?

Hər şey sadədir: Sevimli iş, düzgün qidalanma, dəyərli yuxu və idmanla məşğul olmaq. Pavel Durov, Cared Leto, Kris Evans, Marqo Robbi kimi bir çox digər məşhur insanlar da eyni rejim sayəsində cavan qala bilib. Razılaşın ki, onlar hamısı öz yaşından xeyli cavan görünür, iddia edirlər ki, plastik əməliyyatlar etməyiblər... Amma kim bilir... Bəs siz bu barədə nə düşünürsünüz?

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm