Sağlamlıq
Ürəyi cavan saxlayan MÖCÜZƏVİ YEMİŞAN ÇAYI
Ümid və bərəkət rəmzi sayılan yemişan hələ qədim yunanlarda və romalılarda ürək və ciyər xəstəliklərinin müalicəsi üçün istifadə olunurdu. Çinlilər isə yemişan meyvələrinin köməyi ilə enerji balansını bərpa edirdilər. Bu gün yemişan faydalı xüsusiyyətləri sayəsində ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunur.
Publika.az oxucuları yemişan çayının faydaları ilə tanış edib.
Yemişan payızda yetişən al-qırmızı giləmeyvədir. Bu bitkinin çayı maddələr mübadiləsini bərpa edir və orqanizmin müqavimətini artırır. İçki yuxusuzluğa qarşı və ya sakitləşdirici vasitə kimi istifadə oluna bilər. Ümumiyyətlə, yemişan əsasında müxtəlif içkilər hazırlanır. Şübhəsiz ki, xalq arasında ən sınanmış üsul yemişan çayıdır. Yemişan dərman bitkisi kimi bir çox vitaminli kompleksləri və həblərin tərkibinə daxildir.
Hazırlanması:
Çaydana 2 xörək qaşığı yemişan əlavə edib üzərinə 500 ml qaynar su əlavə edin. Aşağı odda 7 dəqiqə saxlayıb kənara çəkin və soyuması üçün 5 dəqiqə gözləyin. Çay hazırdır! Onu gündə üç dəfə içmək olar.
Faydaları:
Damarları genişləndirir;
Beyin qan dövranını yaxşılaşdırır;
Ürək ritmini normallaşdırır;
Damarları möhkəmləndirir;
Xolesterinin səviyyəsini azaldır;
Qan laxtalanmasını artırır;
Gərginlik və stressi azaldır;
Yuxunu normallaşdırır;
Həzm işini bərpa edir;
Qazı aradan qaldırır;
Qanda şəkərin səviyyəsini aşağı salır;
Şlakları orqanizmdən çıxarır.
Çaydan ani təsir gözləməməlisiniz. Bu, zamanla baş verir. Nəticə uzun müddət müntəzəm istifadədən sonra özünü göstərə bilər. Lakin yemişanın heç bir yan təsirləri yoxdur!
Aytən
-
MDB17:21Çörək pulu istəyirdi: Qadın 6 yaşlı oğlunu satmaq istəyərkən saxlanıldı
-
Sosial17:05Pensiya alanların nəzərinə
-
Rəsmi xronika16:31İlham Əliyev fərman imzaladı
-
Sosial15:24Yaz havasının şıltaqlığı: Sinoptiklər də çaşbaş qalıblar
-
Nida Xəbər 15:06Əli Əsədov qərar imzaladı
-
Sosial15:04Bakı Metropoliteninin fəaliyyəti bərpa olundu - YENİLƏNDİ
-
Dünya14:41Azərbaycanla Ermənistan arasında münasibətlər Aİ üçün çox vacibdir - Kallas
-
Dünya13:28Ələ keçirilən İran gəmisi nə daşıyırmış? - Şok iddia




























.jpg)











