Sağlamlıq
Heç kim bu TƏHLÜKƏNİN fərqində deyil: gecə yatarkən... - VİDEO
Video əlavə olunub.
xxx
Daha çox çiy xörəklər və dırnaq yedikdən sonra ortaya çıxan parazitlər ciddi sağlamlıq problemlərinə səbəb olur. Parazitlərin simptomları nələrdir? Onları yox etməyin müalicəsi varmı?
Publika.az parazitlərin öhdəsindən gəlməyin yollarını təqdim edir.
Parazitə necə yoluxuruq?
Parazitlər insan bədəninə iki yolla daxil ola bilir: suda yaşayan amöblər və tam bişməmiş yeməyin tərkibində qalan qurdlar. Onlar başqa canlının daxilində yaşamağa məhkumdur. Eyni zamanda yaşadıqları canlını deformasiyaya uğradırlar.
Təmizlənməyən meyvə və tərəvəzlərdən, xüsusilə, yaşıllıqlardan mədəyə, oradan isə bağırsaqlara daxil olaraq özlərinə həyat qururlar. Digər növ isə təmiz olmayan sudan ağız vasitəsilə bədənə daxil olur. Parazitlər insan bədəninin hər yerində yaşaya bilir.
Aparılan araşdırmalar kolbasa və sosiska kimi ət məhsullarından parazitə yoluxma faizinin daha yüksək olduğunu ortaya qoyub. Bunun səbəbi isə qidaların bişirilməmiş olması və sıxışdırılmış halda istehsal edilməsidir.
Bütün bunlarla yanaşı, kirpiklərdə, qaşlarda və dərinin məsamələrində də yaşaya bilən parazitlər var. Bunlar hava yolu ilə vücuda yapışır. İnsan yatarkən hərəkətə keçir. Səhər yuxudan oyanarkən müxtəlif yerlərdə qızartı və dəri deformasiyası görürsünüzsə, böyük ehtimalla, səbəb parazitlərdir.
Parazitlərin növləri
1. Parazitlər çeşidinə görə, fərqli simptomlar göstərir. Bağırsaq parazitləri qurd olduqlarına görə, nəcisin bağırsaqlardan xaric olunması əsnasında düz bağırsaqda qaşıntı yaradır. Şiddətli qarın ağrısı, qızartı, çəki itirmək və vitamin minerallarının azalması da parazit səbəbilə baş verə bilər. Bu da halsızlıq, yorğunluq, dəri rənginin solması kimi ağır hallara gətirib çıxarır.
2. Su yolu ilə keçən parazitlərin ən çox yayılan simptomu ishaldır. Vücud sürətli şəkildə su itirir. Baş ağrısı, iştahsızlıq və mədədə ani ağrılar yaranır. Sinir sisteminə zərər verə bilən parazitlər hərəkətlərin məhdudlaşmasına belə səbəb ola bilər.
3. Vücudun xarici bölgələrində yaşayan parazitlər göz və ağızətrafı nayihələrdə yaralar, qaşıntı, qızartı yarada bilir. Eyni zamanda, saç tökülməsi probleminə yol açır.
Parazitlərdən qurtulmaq üçün necə müalicə almaq lazımdır?
Bağırsaq paraziti olan şəxsin bütün ailəsi müalicə götürməlidir. Bunun səbəbi isə bu parazit növünün digərlərinə nisbətən daha tez yoluxmasıdır. Bütün növlərin təmizlənməsi üçün gigiyena əhəmiyyətlidir. Paraziti olan şəxslər sağlam qidalanmaya üstünlük verməlidir. Xüsusilə, pomidor və portağal tez-tez qəbul edilməlidir.
Qaş və kirpiklərdə olan parazitləri təmizləmək üçün gecə yatarkən həmin bölgələrə lavanda yağı çəkmək lazımdır. Eyni zamanda, yataq örtükləri də lavanda ilə yuyulmalıdır. Bağırsaq qurdlarını təmizləmək üçün gündə bir xörək qaşığı çiy kəklikotu qəbul edilməlidir.
Zümrüd,
Video: Sevinc Xanqızı
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO