Sağlamlıq
İnfarkt riskini azaldan MÖCÜZƏVİ ƏDVİYYAT TAPILDI - İnanılmaz ARAŞDIRMA
Amerikanın "Kardiologiya" jurnalında dərc olunan bir araşdırmaya görə, sarıkök infarkt riskini 56 faiz azaldır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sarıkök insanın ürək və damar sağlamlığına aerobika məşqi qədər müsbət təsir göstərir. Lakin bu, o demək deyil sarıkök məşqi əvəz edə bilər. Bununla belə, tədqiqatlar nəticəsində bu ədviyyatın ürək-damar xəstəliklərinin müalicəsi üçün faydalı olduğu üzə çıxıb.
Ürək-damar fəaliyyətini yaxşılaşdırmaq üçün gündə 150 mq sarıkök qəbul etmək lazımdır. Bu proses yalnız 8 həftə davam etməlidir. Gündəlik bir çay qaşığı sarıkök qəbul edə və ya kapsulları ala bilərsiniz.
Sarıkökün insan sağlamlığı üzərində bir neçə faydası var. O, beyni qoruyur, iltihablanmanın qarşısını alaraq xərçəng hüceyrələrinin yaranmasına əngəl törədir. Bağırsaq, prostat, mədəaltı vəzi və ya döş xərçəngi xəstəliklərinin müalicəsində istifadə edilə bilər, ancaq əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Antienflamatuvar, antioksidant, antikanserogen xüsusiyyətləri olan sarıkök alzeymer kimi xəstəliklərdə də istifadə edilir. Öd daşına qarşı təbii qoruyucudur, qan təzyiqini tənzimləyir, artrit, pankreatit və bağırsaq xəstəliklərində ağrını azaldır.
Aytən
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...


















.jpg)














.jpg)
.jpg)

