Sağlamlıq
Limon suyunun MÖCÜZƏVİ FAYDASI - Minbir dərdin dərmanıdır
Ən yaxşı antioksidant maddə olan limonu gündəlik içəcəyiniz suya qarışdırıb gündə ən az 1 litr istifadə etsəniz nələr olacağını bilirsinizmi?
Publika.az sizə mütəmadi şəkildə istifadə olunan limon suyunun faydalarını təqdim edir.
Bir il boyunca nizamlı şəkildə limonlu sudan istifadə etməyin vücuda verdiyi faydalar mütəxəssisləri belə təəccübləndirib. C vitamini deposu olan limonun dadı bəzən turş, bəzən isə acı olur. Yüksək təzyiq, qızdırma, qəbzlik, diş problemləri, artıq çəki və nəfəs borusu xəstəliklərinin dərmanı olan limonun ağacı ildə iki dəfə bar verir. Bu ağac qışda yarpaqlarını tökməz. Buna görə də limon olduqca faydalı və lazımlı meyvə kimi dəyərləndirilir. Limon, həmçinin, vücudumuzun immun və həzm sistemində yaranan ümumi xəstəliklərin simptomlarını aradan qaldıra bilir.
Mütəmadi şəkildə limon suyu içsək, nələr baş verər?
- Vücudun dirənişinə təsir edən bəzi qida və içkilərin qalıqları bağırsaqlarda qalır. Bu da ciddi sağlamlıq problemlərinə yol açır. Bunlardan biri kolit xəstəliyidir. Bu xəstəlik xərçəngə qədər gedib çıxa bilir. Bu səbəbdən, hər gün iki stəkan suya limon sıxaraq qəlyanaltıdan əvvəl içmək lazımdır. Bu yolla bağırsaqlar təmizlənir.
- Tərkibində olan A və C vitaminləri gözdə yaranan katarakta və molekulyar degenerasiyaya qarşı qalxan rolunu oynayır. Antioksidantları sayəsində gözdəki iltihabın qarşısını alır.
- Dərinin deformasiya olmasının qarşısını alır.
- Bədəndəki bütün toksiki maddələrin toplandığı qara ciyərin funksiyalarının pozulması olduqca təhlükəli durumdur. Buan görə də əlavə vasitələrlə qara ciyər təmizlənməlidir. Həzm faktorunu gücləndirən ən təsirli qida isə limondur.
- Qış aylarında zəifləyən immun sistemi və artan viruslar nəfəs yolları xəstəliklərini oyadır. Ciddi dərəcədə olmasa belə, insanın gündəlik həyatına təsir edir və narahatlıq doğurur. Bu narahatlıqlara qarşı ən yaxşı silah limon ola bilər.
- Tərkibindəki turş maddələr sayəsində ağız içi və xaricində toplanan infeksion maddələri təmizləyir. Xüsusilə, yatmazdan qabaq bir stəkan limon suyu ilə 2 dəqiqə qarqara etmək çox faydalıdır. Bu, həm ağızdakı pis qoxuların qarşısını alır, həm də ağız içində infeksiya yaranmasını əngəlləyir.
- Antioksidant xüsusiyyəti sayəsində vücudda toplanan şişkinlik və yağları qısa müddətə təmizləyir. Boğaz, qida borusu və mədəyə qədər təmizləyir.
Limonlu suyu kimlər içməməlidir?
Yüksək təzyiqi olan insanlar həkimlə məsləhətləşmədən içə bilməz. Hamilə və süd verən qadınlar içməməlidir. Cild rəngi açıq olanlar isə üz maskalarında istifadə etdiklərindən olduqca diqqətli davranmalıdırlar.
Zümrüd
-
Magazin104:14
Damlanın ABŞ-a girişinə bir illik QADAĞA QOYULDU
-
Dünya03:43
Yaponiya şahzadəsi 101 yaşında vəfat etdi
-
Magazin202:42
Məşhur model alt paltarında pozalar verdi - FOTO
-
Əmlak01:41
Bu ərazidə torpaq BAHALAŞIR - Sotu 2 minə idi, 15 minə satılacaq
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınızda kəskin dəyişikliklər olacaq
-
İdman14 Noyabr 23:24
Lukaşenkonun futbolçu karyerası belə bitibmiş - VİDEO
-
Avropa14 Noyabr 22:00
DƏHŞƏT: "TikTok"dan plastik cərrah tapan qızın klinikadan MEYİTİ ÇIXDI
-
Magazin114 Noyabr 21:12
Lalədən adının qumar oyununda hallanmasına REAKSİYA