Sağlamlıq
Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
Qidaları doğru kombin etməklə onların faydasını daha da artırmış olarsınız.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli qidalanma mütəxəssisi və dietoloq Veysəl Ciyərli deyib. V.Ciyərli qidaların bir-biri ilə uyğunluğunu nəzərə almadan qidalanmağın xeyirdən çox zərər verə biləcəyini deyir.
Onun sözlərinə görə, meyvələr çox faydalıdır. Ancaq bir neçə meyvəni eyni vaxtda yeməyin heç bir faydası yoxdur.
“Ət qəbul edərkən də insanlar ciddi səhvlərə yol verirlər. Ət, balıq, süd, süd məhsulları və yumurtanı ayrı-ayrı vaxtlarda qəbul etməliyik. Soğan ilə sarımsaq bir vaxtda yeyilməməlidir. Bunları həddən artıq qəbul etmək dəridə ləkələrə, baş fırlanmasına, mədədə həzm pozuntusuna səbəb ola bilər. Çay və qəhvə də yeməklə birlikdə içilməməlidir. Bu qidalardakı dəmirin miqdarını azaldır. Çay yeməkdən ən azı 45 dəqiqə sonra içilməlidir”.
Dietoloq onu da vurğulayır ki, səhər yeməyində yumurta yeyənlər çay içməməlidir və ya əksinə. Onun sözlərinə görə, çay yumurtanın tərkibindəki dəmirin bədənə daxil olmasına imkan vermir.
“Turpla qatığı birlikdə qəbul etmək zəhərlənmə riskini artırır. Həmçinin mədədə yanmaya səbəb ola bilər. Bu iki qidanı birlikdə qəbul etmək həzm sistemini poza bilir. Həmçinin qatıqlı qidaların yanında sirkə kimi qidalar qəbul edilməməlidir”.
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı






















.jpg)

.jpg)


.webp)











