Sağlamlıq
Bədəndə PARAZİT olduğunu göstərən kritik siqnallar
Bir neçə əlamətlərə əsasən bədəndə parazitlər olduğunu müəyyənləşdirmək mümkündür.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onlar əslində orqanizmdə olduğuna dair müxtəlif siqnallar verir. Eyni zamanda ciddi xəstəliklərə səbəb olan bu parazitlər yuxusuzluq və stresslə bərabər bədəndə çoxalmağa meyllidir. Bəs bədənimizdə parazit olduğunu göstərən əlamətlər nələrdir?
Parazitlər sağlam orqanizmlərə zərər verə bilir. Orqanizmdə ən çox bağırsaqlarda yerləşən parazitlər əslində bütün daxili orqanlarda ortaya çıxa bilər. Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən 3 milyarddan artıq insan parazit infeksiyasından şikayət edir. Parazitlər sağlamlığa çox zərər verərək insanın həyat keyfiyyətini aşağı salır.
Orqanizminizdə parazit olduğunu necə anlamaq olar?
Qan azlığı;
Menstruasiya problemləri, prostat problemləri, sidik yolu infeksiyaları, uşaqlıq yolu kistləri;
Yuxuda diş qıcaması, yuxu pozulması, daim yatmaq istəyi;
İştaha itkisi və ya iştahanın çox açılması;
Əzələ ağrıları, oynaq ağrıları, əllər və ayaqlarda keyimə;
Bağırsaq sindromu;
Uzun müddət davam edən ishal;
Əsəbilik, emosional pozğunluq, unutqanlıq, depressiya və buna bənzər ruh halı qüsurları;
Dəri problemləri: Ekzema, qabıqvermə;
Yorğunluq və tükənmişlik əlamətləri də orqanizmdə parazit olduğunu göstərir.
Parazitlərdən qurtulmağın ən asan yolu
Orqanizminizdə parazit olub olmadığını anlamağın ən sağlam yolu nəcis analizi verməkdir. Həkim nəzarətində aparılan analizdə parazitin hansı növ olduğu öyrənilir.
Yadda saxlayın ki, parazitlərin ən çox sevdiyi qida şəkər və şəkərli məhsullardır. Orqanizmdə parazitlərdən qurtulmağın ən asan yollarından biri lifli yeməklərə üstünlük verməkdir.
Aytən Məftun
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































