Sağlamlıq
Bibər xərçəngi yox edir - İngilis alimləri İNANILMAZ FAKTLARI AÇDI
Qırmızı acı bibər xərçəng hüceyrələrini məhv edən bilən möcüzəvi bir bitkidir.
Publika.az xəbər verir ki, bu iddia İngiltərənin Nottinqam Universitetin araşdırması nəticəsində məlum olub.

Xalapeno bibərində (qırmızı acı bibər, xüsusilə Meksika mətbəxində geniş istifadə olunur) olan “kapsaisin” maddəsi hüceyrələrin enerji istehsal edən bölməsi mitoxondriyə hücum edərək xərçəng hüceyrələrini öldürür. Araşdırmaya görə, kapsaisindəki molekul ailəsi olan vaniloidlər xərçəng hüceyrələrində proteinin yaranmasına mane olurlar. Bununla hüceyrənin ölümünə səbəb olurlar. Vaniloidlər bu zaman sağlam hüceyrələrə zərər vermir.
Antioksidant tərkibli qırmızı acı bibərin xərçəngin qarşsını alan “likopen” maddəsi ilə də zəngindir. Bu bitkidən mədəsində problem olmayan hər insan mütləq istifadə etməlidir.

Hind və Meksika mətbəxində tez-tez istifadə edilən qırmızı acı bibərin pul bibərdən fərqləri var. Qırmızı bibər qurudularkən Günəşin şüaları altında digərindən daha çox saxlanılır. Pul bibər kimi acı, yandırıcı dadı yoxdur. Qurutma prosesindəki fərqlilik pul bibəri daha tünd rəngdə edir.
Acı bibərin tərkibində A və C vitamini ilə yanaşı, dəmir, kalium, maqnezium, fosfor, kalsium və sodium kimi önəmli minerallaa mövcuddur.

Tərkibindəki “kapsaisin” maddəsi mədə və bağırsaqların hərəkətini sürətləndirir. Ödəm atır və yağ yandırmağa kömək edir. Keyidici təsiri var. Xolestrol və triqliseritin səviyyəsini aşağı salır.
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































