Sağlamlıq
Hindistan təbabətinin inanılmaz ŞƏFA ÜSULU: barmaqlarınızı belə etsəniz... - FOTO
Kökləri Hindistan təbabətinə söykənən Mudra texnikası beyninizi və bədəninizi ələ keçirir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yoqa və iynəbatırma ilə müalicənin ağrılara yaxşı təsir etdiyi çoxdan məlumdur. Mudra deyilən əl hərəkətləri isə bədəni idarə etmək və sakitləşdirmək üçün alternativ və səmərəli bir üsuldur. Bu texnikanın dini əsası olsa da, mudradan hər kəs yararlana bilər. Bu texnika beyin və bədənin hər nöqtəsini hərəkətə gətirərək səhhəti yaxşılaşdırır.
Gyan Mudra

Bu hərəkətin hava elementini artırdığına inanılır. Yaradıcılıq fantaziyalarını artırmaq və dəstəkləmək məqsədi ilə istifadə edilir.
Vaayu Mudra

Bu da hava elementini artıraraq, stressi və aqressivliyi yumşaltmaq məqdəsi daşıyır, eyni zamanda hiperaktiv vücudu rahatlaşdırır.
Aakash Mudra

Bu, kosmos elementini artıraraq qorxu, kədər, sinir duyğularını rahatlaşdırır. Eyni zamanda orqanizmi metabolizmə bağlı yaranan problemlərdən arındırır. Bundan başqa boğulma hissini yox edir.
Şunya Mudra

Bu hərəkət kosmos elementini azaldaraq qulaq ağrısını sakitləşdirir.
Prithvi Mudra

Bu hərəkət torpaq elementini artırır, od elementini isə azaldır. Odur ki, yorğunluq və əzələlərin yaxşılaşmasına müsbət təsir edir.
Surya Mudra

Bu hərəkər od elementini artırır və torpaq elementini azaldır. Tiroid xəstəliklərindən əziyyət çəkənlərə müsbət təsir edir.
Varun Mudra

Bu hərəkətin su elementini artırdığı deyilir. Oynaqlarda yanma, ağrı və kramp (kramp - əl və ayaqlarda iradədən asılı olmadan qəflətən yaranan əzələ spazmıdır) varsa, bu texnika müalicəvi təsir göstərir.
Jal Şaamak Mudra

Bu hərəkətin su elementini azaltdığı deyilir. Kəskin tər qoxusu olanlara, burnu və ya gözü axanlara effektiv təsir etdiyi iddia edilir.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































