Sağlamlıq
Günəş şüalarının zərərli təsirindən necə qorunaq?
Günəş şüaları bir sıra xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirə malikdir.
Publika.az tibbi saytlara istinadla xəbər verir ki, Günəşin fotosintez və vitamin yaranmasını təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan əhval-ruhiyyəsinə müsbət təsir göstərmək kimi faydalı xüsusiyyətləri var. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün də Günəş şüaları məsləhət görülür. Günəş işığı həm də xoşbəxtlik hormonu ifrazını artırır.
Bütün bunlara baxmayaraq, Günəş şüalarının həddindən artıq qəbulu xəstəliyə və xroniki proseslərin kəskinləşməsinə səbəb ola bilər. Günəş şüalarının ən təhlükəlisi ultrabənövşəyi şüalardır, çünki həmin şüaların təsiri bədəndə müxtəlif ləkə, səpgi, dermatoz və bir sıra digər dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər.
Həkimlər Günəş şüaları altında qaralma zamanı yol verilən səhvlər və qaydalara riayət olunmamasının bədəndə bir sıra fəsadlara, o cümlədən bədxassəli şişlərin yaranmasına da səbəb ola biləcəyini bildirirlər. Ona görə də günəş vannası müəyyən normalar daxilində qəbul edilməldir.
Günəş şüalarının zərərli təsirindən qorunmaq üçün geniş kənarları olan şlyapa qoymaq, eynək taxmaq, açıq rəngli yüngül geyimlərdən istifadə etmək lazımdır. Buludlu havalarda Günəş radiasiyası yarıbayarı azalır, buna baxmayaraq həmin hava şəraitində də qorunmaq və kölgədə qalmağa çalışmaq lazımdır. Ona görə də günorta saatlarında açıq havada olmaq məsləhət deyil. Bol maye qəbul etmək də vacib şərtlərdən biri sayılır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


