Sağlamlıq
Sızanaqlardan xilas olmağın YOLLARI - Həkim MƏSLƏHƏTİ
Üzü tez-tez yumadıqda və kifayət qədər maye qəbul etmədikdə dəridə müəyyən problemlər ortaya çıxa bilər. Bununla yanaşı, yeniyetməlik dövründə yaranan sızanaqların, yağlı dəridəki qara nöqtələrin aradan qaldırılması üçün dəriyə xüsusi qulluq etməyə ehtiyac duyulur. Həmin problemlərdən əziyyət çəkənlər hansı üsula əl ata bilərlər?
Publika.az xəbər verir ki, bu barədə Azərtac-a məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: "Ən yaxşısı təbii yollarla üzə qulluq olunmasıdır. Bunu ev şəraitində bal, yumurtanın ağı, xama və sair məhsullardan maskalar hazırlayıb üzə çəkməklə etmək olar".
Dəridə yaranan xoşagəlməz hallardan ən çox rast gəlinəni sızanaqlardır. Həmin problemin həllində isə mütəxəssislər kosmetik müalicədən daha çox dərin analiz və düzgün müayinə olunmağı məsləhət görürlər, çünki bu hal daxili orqanların nasazlığından da xəbər verə bilər.
Həkim-dermatoloq daha sonra deyib: “Üz dərisində səpkilərin əmələ gəlməsi əsasən dərinin yağlı olması və onun nəfəs almaması ilə əlaqədardır. Sızanaqlar mədə-bağırsaq sisteminin xəstəlikləri nəticəsində də yarana bilər”.
Bütün bunlardan başqa mütəxəssislər gün ərzində üzü tez-tez yumağı və sağlam qidalanmağı məsləhət görürlər. Nəticədə bir müddət sonra yaranan fərqi hiss etmək mümkün olacaq.
-
İdman23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)





























.jpg)









.jpg)
