Sağlamlıq
Dünya əhalisinin yarısı təhlükədədir - ŞOK XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) danq, zika və çikunqunya viruslarından qaynaqlanan xəstəlikləri nəzarətdə saxlaya bilmək üçün radiasiyadan istifadə edərək erkək ağcaqanadları qısırlaşdıran metodu tezliklə sınaqdan keçirəcək.
Publika.az xəbər verir ki, təşkilatın açıqladığı yeni hesabatda ağcaqanadların yaydığı tropik xəstəlik olan danqın son illərdə 110 ölkəyə gedib çatdığına diqqət çəkilib.
Hesabatda, ÜST təxminlərinə görə, yüz minlərlə insanın bu xəstəliyə yoluxması ilə dünya miqyasındakı danq xəstələrinin sayı 3,5-4 milyona çatacaq.
İlk mərhələdə ABŞ Təsərrüfat Nazirliyi tərəfindən məhsulun faydalılığına zərər verən böcəkləri qısırlaşdırmaq üçün 6 qitədə istifadə edilmiş “Qısırlaşdırılmış Böcək Taktikası” test ediləcək. Proses müəyyən obyektlərdə böyük miqdarda erkək ağcaqanad yetişdirilib qısırlaşdırıldıqdan sonra təbiətə buraxılaraq dişilərlə cütləşmələri istiqamətində gedəcək.
Dünyanın yarısı risk altındadır
ÜST-ün alimi Soumya Svaminatan yeni taktika ilə bağlı açıqlamasında “dünya əhalisinin yarısı indidən danq virusu riski altındadır. Təcili yeni yanaşmalara ehtiyacımız var və bu təşəbbüs həm ümid, həm də həyəcan verir” sözlərini işlədib.
Qeyd edək ki, ağcaqanadların yaydığı bu viruslar dünyadakı epidemiyaların 17%-ni təşkil edir və ildə 7 yüz mindən çox insanın ölümünə səbəb olur.
Zümrüd
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm













.jpg)
.jpg)


















.png)




