Sağlamlıq
Məşhur həkimin sözləri hər kəsi ŞOKA SALACAQ: Bu qidaları yeyənlər 40 yaşdan sonra... - VİDEO
Video əlavə olunub.
***
Sosial şəbəkələrdə yayılan “Süd və süd məhsullarından uzaq durun” videosu ilə böyük səs-küy yaradan türkiyəli həkim Murad Kınıkoğlu hesab edir ki, xəstəliklərin bir çoxu süd və ətin təsiri nəticəsində meydana gəlir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis pendir və ət haqqında şok açıqlamalar verib. O, pendirin mənfi təsirlərini belə izah edib:
“10 ildir ki, süd və heyvansal qidaların zərərlərindən danışıram. Türkiyədə orta yaş səviyyəsi 76-dır. Pendir yeyən insan səhəri gün hər hansı xəstəliyə yoluxmur. Əgər ömrünün son 10 ilini xəstəliklərlə keçirməyə razıdırsa, insanlar pendir, qatıq və ya ət yeyə bilər. Səhər yeməyində bir-iki dilim pendir, yumurta, naharda ət məhsullarına üstünlük verən insanların 40-50 yaşına çatanda yüksək qan təzyiqi, diabet, ürək-damar problemləri ilə üzləşdiklərini görürük. İnsanlar bu gedişata razıdırsa, pendir yeyə bilər.
70 yaşında da sağlam olmaq istəyən bir insana ilk növbədə pendir yeməməyi tövsiyə edirəm. Süddəki ən çox bəyənmədiyimiz şeylərdən biri də estrogendir. Bizim dövrümüzdə inəklərdən ilin 300 günü süd sağılır, lakin normalda belə olmamalıdır. Heyvanların sağım müddəti uzadılıb, odur ki, süd daha hormonludur. Hormonlar süd və ya süd məhsullarından insanlara keçir. Bu da qadınların mayalanma prosesinə mənfi təsir göstərir, kişilərdə isə ereksiyaya gətirib çıxarır. Araşdırmalar göstərir ki, uşaqlıq çağında çox süd içən kişilərdə sperma sayı aşağı düşür, qızlarda isə menstruasiya sürətlənir.
Pendirdən D vitamini almaq üçün 5 dolça süd içmək lazımdır ki, bu da azdır. D vitamininin mənbəyi günəşdir. Süddə kalsium var, amma o qədər də faydalı deyil. Amerika dünyada ən çox süd istehsal edən və istehlak edən ölkədir. Amma sümük sınığına da daha çox orada rast gəlinir. Süddəki kalsium turşudur və sümüklərdən kalsiumun sovrularaq sidik yolu ilə atılmasına səbəb olur. O, sümükləri möhkəmləndirmir. Eyni kateqoriyaya qatığı da qoya bilərik. Süd və süd məhsulları satan şirkətlər həmişə məhsullarının reklam məqsədləri üçün faydalı olduğunu söyləyir. Bütün mineralların mənbəyi torpaqdır. Heç bir heyvan mineralları özü istehsal edə bilməz. Torpaqdan ota, otdan isə inəyə keçir. Fındıq və bütün göyərti məhsulları isə kalsium mənbəyidir”.
Aytən Məftun,
Video: Sevinc Xanqızı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


