Sağlamlıq
Tanınmış professor qripdən qorunmağın üsullarını AÇDI: Bol maye və...
Çox vaxt 1-2 həftə içində yataq şəraitində və bol maye qəbul edərək qripdən qurtulmaq mümkün olur. Ancaq uşaqlar, yaşlılar və immuniteti zəif olanlar bu virusa tez yoluxduğundan zəruri tədbirlər görmək vacibdir.
Publika.az türkiyəli professor Erol Selimoğlunun qrip və ona qarşı görüləcək tədbirlərlə bağlı paylaşdığı məlumatı təqdim edir.
Erkən dövrdə qrip və soyuqdəyməni ayırd etmək çətin ola bilər. Adətən virusa məruz qaldıqdan 2 gün sonra yüksək hərarət, öskürək, əzələ, baş və boğaz ağrısı, gözlərdə yanma kimi simptomlar özünü büruzə verir. Uşaqlarda bu simptomlar qusma, ishal, qarın ağrısı ilə müşayiət edilə bilər. Belə halda həkimə dərhal müraciət etmək lazımdır.
Qrip virusu öskürək və asqırıqla, yaxud da yoluxmuş səthlərlə təmasda olur. Yarım milyona yaxın virus hissəciyi tək asqırıqla yayıla bilər.
Qrip infeksiyasından qorunmaq üçün:
1 - Qripə qarşı peyvənd 6 aylıq körpələrdən yaşlı insanlara kimi tövsiyə olunur.
2 - Əlləri tez-tez maye sabun və ya spirt əsaslı məhlullarla yumaq qripin qarşısını alan ən vacib tədbirlərdən biridir.
3 - Tibbi maskalar riskli bölgələrdə istifadə edilə bilər.
4 - Xəstə insanlarla yaxın təmasdan çəkinmək lazımdır.
5 - Məcbur olmadıqda əl sıxmayın.
6 - İmmunitet sistemini gücləndirmək üçün sağlam qidalanma və antioksidantlarla zəngin qidaların istehlakına diqqət yetirilməlidir.
7 - Məktəblər, ictimai nəqliyyat, kinoteatr, teatr və məscid kimi izdihamlı yerlərdə daha diqqətli olmaq lazımdır.
8 - Xəstəliyin yayılmasının qarşısını almaq üçün öskürərkən və ya asqırarkən ağız və burunu bağlamaq kimi sadə fərdi vərdişlər sayəsində yoluxmanın qarşısını almaq olar.
9 - Siqaret ciddi xəstəliklər yaratmaqla yanaşı qriplə təmas riskini artırır.
10 - Həkimlə məsləhətləşmədən dərman qəbul etməyin.
Qripin müalicəsində ilk növbədə istirahət və bol maye qəbulu gəlir. Alkoqol və siqaretdən çəkinmək lazımdır. Xəstəliyin səbəb olduğu narahatlıqları azaltmaq üçün əzələ ağrısı və hərarəti azaldan dərmanlar istifadə edilə bilər. Uşaqlarda və gənclərdə xüsusən də febril qıcolma olduqda aspirin istifadə edilməməlidir.
Tağı Həsənov
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


