Sağlamlıq
Türkiyənin ən məşhur həkimləri Bakıda xəstə qəbul edəcək
“Referans Medical Group” daxilində fəaliyyət göstərən, “Leyla Medical Center” (keçmiş Leyla Şıxlinskaya Klinikası) və Türkiyənin məşhur Memorial Sağlıq Qrupunun imzaladığı memorandum əsasında artıq 3 aydır ki, məşhur türk mütəxəssisləri Azərbaycana dəvət olunaraq pasient qəbulları həyata keçirirlər.
Publika.az xəbər verir ki, fevral ayı üçün Memorial Sağlamlıq Qrupundan xüsusi ilə diqqəti cəlb edən mütəxəssislər dəvət olunub. Bunlar professor, ağrı uzmanı, alqoloq Mehmet Ali Taşkaynatan və professor, uşaq nevroloqu Cihan Meraldır.
Azərbaycanda demək olar hər bir insana lazımlı, ancaq çox az tanınan tibbin yeni bir sahəsi alqologiya (Ağrı müalicəsi), hətta səbəbi bilinməyən ağrılardan əziyyət çəkən xəstələri tamamilə ağrısız bir həyata qovuşdurur.
Son zamanlar insanlar arasında xüsusilə aktual olan, şiddətli və xroniki ağrılardan əziyyət çəkənlər üçün ümid yeri olan bu sahə üzrə məşhur professor 14-15 fevral tarixlərində “Leyla Medical Center”də pasientləri qəbul edəcək.
Amerikada təhsil almış Prof. Dr. Mehmet Ali Taşkaynatan bədənin hər bir nahiyəsində müxtəlif səbəblərdən yaranan ağrıların, xroniki baş ağrılarının, miqrenin, osteoxondroz, beldə yırtıqlar və protruziyalar nəticəsində əmələ gələn ağrıların, şiddətli oynaq ağrılarının, insult və onkoloji xəstəliklər kimi müxtəlif xəstəliklərin nəticəsi olaraq yaranan ağrıların və s. ən qısa zamanda əməliyyatsız müalicəsini icra edir.
Eyni zamanda pasient qəbulu üçün artıq ikinci dəfədir dəvət olunan professor, uzman, uşaq nevroloqu Cihan Meral uşaqlarda müşahidə edilən bütün nevroloji xəstəliklərin müalicəsi ilə məşğuldur.
Professor, uzman, uşaq nevroloqu Cihan Merala uşaqlarda hiperaktivlik, epilepsiya, əsəbilik və yaddaş pozulması, davranış pozğunluqları, əqli inkişafın zəifləməsi kimi müxtəlif nevroloji xəstəliklər zamanı müraciət edə bilərsiniz.
Həkim qəbulları ilə bağlı *0101 Çağrı Mərkəzi və ya 050 207 11 19 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika22 İyul 14:27İlham Əliyev fərman imzaladı






.jpg)





.jpg)




.jpg)




















