Sağlamlıq
Arı südünün inanılmaz özəllikləri - Nadir olması sirrinin arxasında nə dayanır?
İşçi arıların udqunma vəzlərinin istehsal etdiyi arı südü koloniyanın həyat fəaliyyətinin təməlini təşkil edir. Arı koloniyası bu zəngin tərkibli maddə ilə həm bala arıları bəsləyir, həm də kraliça arını yaradır. Bal arıları ən çox 4 ay ömür sürür, kraliça arı süd sayəsində 5 il yaşaya bilir. Britaniyada “Royal Celli” yəni “Krallıq jelesi” adlanan arı südü yüzlərlə ildir ki, uzun ömrün sirri olaraq mütəxəssislər tərəfindən tövsiyə edilir.

Publika.az oxucuları arı südünün faydaları ilə tanış edir.
Tərkibindəki yüksək miqdarda proteinlə arı südü eynilə digər arı məhsulları kimi enerji dəyəri yüksək qidalar sırasına daxil edilir.
Arı südünün 100 qramında 15 qram protein var. Bundan başqa, B vitamini qrupları (B1, B2, B3, B5, B6), biotin, fol turşusu, maqnezium, sink və dəmir baxımından olduqca zəngindir.
Arı südünün quruluşunda heç bir qida maddəsində olmayan biolektin proteini və 10-HDA adlı dəyərli yağ turşusu var. Bu maddə yeganə olaraq arı südündə mövcuddur.
Arı südünün digər arı məhsulları olan bal, polen və propolisdən fərqi özünəməxsus xüsusiyyətlərinin olmasıdır. Əldə edilməsi çətin olduğundan nadir tapılan qidalar kateqoriyasına daxildir.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)






















.jpg)
.jpg)

