Sağlamlıq
Koronavirusla bağlı qorxu hissinə düşmənin ŞOK NƏTİCƏLƏRİ - Psixoloq XƏBƏRDARLIQ ETDİ
Psixoloq Elnur Rüstəmov Çindən yayılan koronavirusun psixoloji təsirləri barədə xəbərdarlıq edib.
Publika.az-a danışan psixoloq yoluxucu xəstəliklərin tarix boyu insanlar üçün ən vacib qorxu mənbəyindən biri olduğunu vurğulayıb.
“Koronavirus Çindən başlayaraq Avropa ölkələrinə qədər yayılıb. Bu baxımdan narahat olmaq və qorunmaq əlbəttə ki, lazımdır. Profilaktik işlərin aparılması normal prosedurdur. Qabaqlayıcı tədbirlər əvvəlcədən görülməlidir, nəinki virus aktiv olan dövrdə. Qeyri-aktiv dövrdə hər şəxs gigiyenasına nəzarət etməlidir. Xəstəlik olsa da, olmasa da hər bir insan özünün tibbi və psixoloji profilaktikasını etməlidir. Sadəcə bu virus dünyada geniş yayıldığı üçün şişirtməyə meylliyik. Qızdırmanı və ya istənilən narahatçılığı koronavirusla əlaqələndiririk və bu, doğru deyil. Halbuki, dünənə qədər də insanlarda qızdırma, müəyyən narahatlıqlar var idi, hətta ara-sıra ölüm halları da olub. Amma koronavirusdan çoxu xəbərsiz idi.
Tədbir görməli olsaq da, panikaya düşməyə dəyməz. Çünki bu vəziyyəti daha da çətinləşdirir. Təşvişə düşmək çaxnaşma yaradır. İşbazlar da bundan istifadə edir. Həkimlər müxtəlif müalicə üsulları təklif edir. Digər tərəfdən apteklərdə qoruyucu maskalarla bağlı problemlər və süni qiymət artımı meydana gəlib. Bu kimi neqativ hallar prosesə qarşı obyektiv şəkildə tədbirli olmağa imkan vermir. Hər kəs xəstəliyi koronavirusla bağlamamalı və fikir bildirməməlidir. Virus haqqında ancaq mütəxəssis danışa bilər. Hər kəs bir fikir səsləndirir, biri deyir ki, uşağı məktəbə aparmaq lazımdır, digəri isə övladına məktəbə getməyə icazə vermir. Yetkin insanlarda da işə getmək fobiyası baş qaldırıb. Tutarlı bir səbəb də göstərə bilmirlər. Bu virusa məktəbdə də, evdə də tutulmaq olar. İnsanlar arasındakı fikir müxtəlifliyi profilaktik tədbirlər görməyə mane olan həyəcan, təşviş, etimadsızlıq yaradır. Nəticədə cəmiyyətdə neqativ hallara yol açılır. Belə olan təqdirdə koronavirusla bağlı tədbirlər görən qurumların işinə müdaxilə etmiş oluruq. Odur ki, hadisələrə müəyyən qədər dözümlü yanaşmaq, soyuqqanlı olmaq və problemin aradan qaldırılması istiqamətində tədbirlərin aparılması lazımdır”.
Ekspert bildirib ki, qorxu və təşviş istənilən xəstəliklə mübarizədə immun sistemini zəiflədir:
“Əlbəttə ki, qorxu hissi xəstəliklə mübarizədə mənfi təsir göstərir. Ümumiyyətlə, istənilən xəstəliyin sağalmasında psixoloji hazırlıq, dözümlülük və müqavimət çox vacibdir. Psixoloji müqavimət nə qədər güclü olarsa, xəstəlik mümkün qədər tez sağalacaq. Qızdırma və soyuqdəyməsi olan insanların bəziləri xəstəliyi yataq şəraitində, bəziləri isə ayaqüstə keçirir. Bu və ya digər xəstəliyə qarşı dözümlülük hər kəsdə müxtəlifdir. İstənilən fizioloji xəstəliyin sağalmasında psixoloji müqavimət və dayanıqlılıq çox vacib rol oynayır.
Azərbaycanda əhalinin xəstəliklərə qarşı psixoloji dözümlülüyü haqqında birmənalı söz deyə bilmərəm. Kimisində bu müqavimət var, bir qismində isə zəifdir. Bu az hissə kifayət edir ki, sosial şəbəkələrdə ictimai rəyin fərqli istiqamətə yönəlməsinə səbəb olsunlar.
Yekun olaraq bu qənaətə gəlirik ki, immunitetdən savayı psixoloji dözümlülük də çox vacibdir. Xəstəlik, epidemiya, müharibə şəraiti və ya ekstermal vəziyyətdən asılı olmayaraq, güclü iradə və psixoloji müvazinətin qorunub saxlanması problemin həllində böyük rol oynayır. Hər kəs özünə aid olan işlə məşğul olsun, bəli, fikir azadlığı var, nəyəsə münasibət bildirə bilərsən. Bununla bağlı problem yoxdur. Ancaq çox yaxşı olardı ki, irəli sürülən fikirlər əsaslandırılmış və məntiqli olsun. Əks halda heç bir işə yaramayacaq. Sənin söz azadlığın cəmiyyətin panikaya düşməsinə səbəb olursa, bu doğru deyil. Vatsapda yayılan səs yazısı ilə aləm qarışdı. Müəyyən şəxslər sanki bir hadisənin baş verməsini gözləyir ki, ona münasibət bildirsin”.
Aytən Məftun
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var