Sağlamlıq
Dünya bu metoddan danışır: Koronavirusa yoluxanların 90%-i sağaldı
Çin xalq təbabəti COVID-19-un müalicəsində effekt verib.
Publika.az xəbər verir ki, bunu Çin Dövlət Administrasiyasının Ənənəvi Çin Tibb Partiyası Komitəsinin rəhbəri Yu Yanhun deyib.
Onun sözlərinə görə, ilk növbədə iki dərman xüsusilə effektiv olub:
"Onlar 13 çiçək və otdan hazırlanıb. Həmin preparatlar hərarəti və öskürəyi azaldır, sətəlcəmin aradan qalxmasına kömək edir. Onlardan əsasən yüngül simptomları olan xəstələrin müalicəsində istifadə edilib. Dərmanlar italiyalı həkimlər tərəfindən tanınıb. 100 min paket həb koronavirusla mübarizə üçün İtaliyaya göndərilib. Daha 100 mini yaxın vaxtlarda göndəriləcək. Ağır xəstələrə isə beş bitkidən hazırlanan iynədən ibarət müalicə üsulu tətbiq edilib. Həmin vasitə sepsis və yüksək temperaturda həddindən artıq qan laxtalanmasının qarşısını alır və iltihab əleyhinə təsir göstərir".
Çində koronavirus pnevmaniyası olan xəstələrin 91,5% -i Çin təbabəti vasitəsilə müalicə edilib. Onların 90%-də müsbət nəticə qeydə alınıb.
Aytən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































