Sağlamlıq
Pandemiya kabusunun tezliklə bitməsini sürətləndirən SƏBƏBLƏR
Merilend Universitetinin alimləri koronavirusun qarşısını alan tədbirlər hazırlayarkən hava proqnozuna fikir verməyi məsləhət görüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar COVID-19-un əhatə etdiyi əsas ölkələrin 30 və 50-ci paralellərlə məhdudlaşan şimal yarımkürəsinin kifayət qədər dar enlik zolağında yerləşdiyini qeyd edib. Bura ümumilikdə 70 mindən çox yoluxma halının qeydə alındığı İtaliya, İspaniya, İran, ABŞ, Cənubi Koreya və təbii ki, Çin daxildir.
Alimlər buradan belə qənaətə gəlib ki, virusun müəyyən iqlim şəraitində yayılması daha əlverişlidir. Bu temperatur +5 ilə +11 dərəcədir, rütubət isə 47 faizdən 79 faizə qədərdir.
Krallığın alimləri də eyni fikirdədir. Patogen üçün ən uyğun temperatur +8.7 müəyyənləşdirilib. Onların versiyasına görə, xəstəliyin törədicisi isti havada məhv olmağa başlayır.
İtaliya və İsraili təkcə koronavirusun münbit olduğu enlik zonasında yerləşmələri birləşdirmir. Hər iki ölkə turistlər arasında son dərəcə populyardır. Ancaq fərqli epidemioloji vəziyyət var. Apennin yarımadasında yoluxanların sayı 35.000-i keçib, İsraildə isə xəstələrin sayı azdır.
Virusun digər əyalətlərə yayıldığı Şimali İtaliyada fevral ayı və martın ilk ongünlüyündə orta temperatur +6 , +9 aralığında idi. Qışın əvvəlindən Təl-Əvivdə ən azı iki-üç dəfə isti olub.
Cənubi Koreyada COVID-19 nəzarət altına alınıb. Martın əvvəlində bu ölkədə hər gün virusa bir neçə yüz yeni yoluxma qeydə alınıb, indi bu rəqəm onluğa düşüb. Və burada bir təsadüf var: keçən həftənin əvvəlində Cənubi Koreyaya hava kütlələri subtropiklərdən gəlməyə başlayıb. Günortadan sonra Seulda havanın temperaturu 15 dərəcəyə qədər yüksəlib.
Bu məntiqə əsaslansaq, Azərbaycanda da tezliklə xəstələnmə nisbətini azaltmaq üçün şəraitin yarana biləcəyini demək olar. Məsələn, aprel ayında ölkənin əksər bölgələrində temperatur həmişəkindən artıq olacaq.
Ancaq temperatur faktorundan əlavə daha bir məqam var və bütün iqlim zonalarında işləyir. Bahar fəslinin başladığı şimal yarımkürəsində may ayına qədər Günəş radiasiyasının axını demək olar ki, iki dəfə artacaq. Yəni atmosferə daxil olan ultrabənövşəyi şüalar havanı dezinfeksiya etməkdə daha təsirli olacaq.
“Bunlar mövsümi amillərdir. Bir tərəfdən tamamilə doğrudur: ultrabənövşəyi radiasiya onu öldürür. İbtidai orqanizm kimi özünü ultrabənövşəyi radiasiyadan qorumaq çətindir. Hətta canlı deyil, ibtidai molekulyar bir quruluşdur. İkinci nöqtə - yazda təbiət canlanır. Tutaq ki, müxtəlif növ bioloji proseslər aktivdir. Amma immunitet artır və insanlar daha gümrah olur. Odur ki, infeksiya nisbəti düşməkdədir”, - deyə molekulyar genetika mütəxəssisi, biologiya elmləri namizədi Dmitri Kvon açıqlamasında qeyd edib.
Ancaq bu vəziyyətdə yalnız havaya etibar etmək olmaz. Koronavirusa qarşı əsas silah xəstələrin təcrid olunması və şəxsi gigiyena qaydalarına riayət edilməsidir.
Aytən Məftun
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb





















.jpg)















