Sağlamlıq
Bu iki bitki bütün virusları YOX EDİR - Azərbaycanlı həkimdən MÜHÜM TÖVSİYƏ
“Müxtəlif virus, infeksiyalı xəstəliklərin yayılması zamanı ilk növbədə yuxarı tənəffüs yollarını qorumaq lazımdır”.
Bu sözləri Publika.az-a fitoterapevt, bioenergetik Rafiq Cərullayev deyib.
O, qeyd edib ki, əvvəllər zavod, fabrik olmadığından kətandan maskalar hazırlanırdı:

“Müdafiə olunmaq üçün burnu və ağzı maska ilə möhkəm bağlamaq lazımdır. 5 qat hazırlanmış kətandan istifadə olunmalıdır. Bu kətan maskaları dezinfeksiya üçün evdə özümüz də hazırlaya bilərik. Önəmli olan odur ki, gigiyenik tələblərə cavab versin”.
Fitoterapevt infeksiyalara qarşı ev şəraitində hazırlaya biləcəyimiz faydalı bir neçə dəmləmə tövsiyə görüb:
“Evkalipt yarpaqlarından istifadə olunması məsləhətdir. Bu bitkinin yarpaqlarından hazırlanan dəmləmələr boğazdakı, ağciyərdəki mikrob və bakteriyaları, infeksiyaları məhv edir. Hətta yara və qanqrenanı sağaldır. İspan qripi, xolera, tif xəstəliyi yayılan zamanlarda (epidemiyalarda) gəcavər bitkisinin kökündən istifadə olunub. Bu bitkinin dəmləməsi ilə əlləri yumaq, boğazı tez-tez yaxalamaq lazımdır. Gündə 3-4 dəfə 1 yemək qaşığı daxilə qəbul olunması məsləhətdir”.
Cərullayev indiki məqamda immuniteti gücləndirməyin önəmli olduğunu vurğulayıb:
“Bədənin zəifləməsi zamanı məlakə otunun kökündən hazırlanmış məhlullar daxilə qəbul olunur. Bu bitki bədənin gücünü artırır, zəifliyi aradan qaldırır”.
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz




































