Sağlamlıq
Koronavirus ilə ağır sətəlcəmi sağaldan dərman kəşf edildi
Hipertoniyanın müalicəsində istifadə olunan dərmanlar yeni tip koronavirus infeksiyası ilə ağır sətəlcəmin inkişaf riskini də əhəmiyyətli dərəcədə azalda bilər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, çinli alimlər müxtəlif antiviral preparatları təhlil etdikdən sonra bu nəticəyə gəlib. “MedRxiv” saytında yayımlanan hesabatda bildirilib ki, Çindəki 9 xəstəxanada 17 yanvar-28 fevral arasında koronavirus infeksiyasından müalicə olunan 564 xəstənin məlumatları araşdırılıb.
Aparılan araşdırma göstərib ki, spesifik olmayan antiviral dərmanlar ağır sətəlcəmin inkişafına əhəmiyyətli dərəcədə təsir edir. Hipertoniya üçün angiotenzin çevirici ferment inhibitorları (ACEI) və angiotenzin reseptoru II (ARB) blokerləri qəbul edərkən sətəlcəm riski əhəmiyyətli dərəcədə azalır.
Alimlər nəticələrin ilkin olduğunu və terapevtik xüsusiyyətlərin birmənalı olaraq təsdiqlənməsi və ya təkzib edilməsi üçün çox sayda iştirakçının iştirak etdiyi araşdırmanın aparılmasının lazım olduğunu izah edib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Səhiyyə naziri Mixail Muraşko COVID-19-a qarşı dərman yaratdıqlarını demişdi. Onun sözlərinə görə, preparatın klinik sınaqları 10-12 gündən sonra başlayacaq.
Aytən Məftun
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)