Sağlamlıq
Su koronavirusdan qoruyur? - Oyandıqdan sonra 1 stəkan...
Metabolik proseslərin fəaliyyəti, qida maddələrinin lazımi yerlərə çatması və gündəlik tullantı maddələrinin bədəndən xaric olması üçün su mühüm elementdir.
Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, məşhur nefroloq Arzu Akgül gündəlik qəbul edilən suyun yağ toxumasının miqdarına və bədən çəkisinə görə dəyişdiyini açıqlayıb:
“İnsanın çəkisi dəyişməyincə mayenin miqdarı dəyişmir. Yeni doğulmuş körpələrdə bu nisbət 78 faizə qədər yüksəlir. Böyrəklərimizin işləməsi üçün kifayət qədər su içmək çox vacibdir. Su sidik, tər və nəcis vasitəsilə toksinlərin çıxarılmasını təmin edir, bədən temperaturuna və qan qatılığına nəzarət edir. Əgər kifayət qədər maye almırıqsa, toksinlər qanın içində toplanır. Nəticədə böyrək daşları və ya böyrək çatışmazlığı yarana bilər”.
Nefroloq bildirib ki, su artıq kalorinin yandırılmasında da mühüm yer tutur. 500 ml su içmək 1,5 saat ərzində enerji istehlakını 30 faiz artırır. Tədqiqatlar göstərir ki, su miqren, baş ağrısı və yoğun bağırsaq xərçənginin yaranması riskini azaldır. Bədəndə su az olduqda ürək-damar xəstəliklərinin dərəcəsi artır. Gecə yatmazdan əvvəl bir stəkan su içmək səhər saatlarında ən çox rast gəlinən infarkt riskini də azaldır.
Koronavirusun qarşısının alınmasında təsirli ola biləcək tədbirlərdən biri də immunitetin güclü olmasıdır. Arzu Akgülün sözlərinə görə, immunitetin gücləndirilməsi üçün balanslı qidalanmaq lazımdır:
“Bol su toksinləri bədəndən təmizləmək və maddələr mübadiləsini stimullaşdırmaq üçün də vacibdir. Gündəlik kifayət qədər su içmək bədəndən toksinləri çıxarmağa, bakteriya və virusları zərərsizləşdirməyə kömək edir. Su şəxsi gigiyenanın əsas qaynağıdır, amma bəzi səhvləri düzəltməkdə fayda var. Sirkəli və ya həddən artıq isti su ilə qarqara etmək ağzın selikli qişasını pozaraq quruluşuna zərər verə bilər. Odur ki, duzlu və ilıq su ilə qarqara edin. Müntəzəm olaraq su içmək vücudumuzun susuz qalmasına mane olur, immuniteti artırmağa kömək edir və virusları mədəyə ötürmür. Yayda ən azı 2-2,5 litr, qışda isə 1,5 litr maye qəbul edin.
Sidiyin rəngi də orqanizmin su balansı haqqında məlumat verir. Sidiyin miqdarı azaldıqca və rəngi tündləşdikcə su içmək lazımdır. Oyandıqdan sonra 1 stəkan su qəbul edin. Xüsusilə məşq edərkən, istidə işləyərkən daha çox maye için”.
Aytən Məftun
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...



































.jpg)
.jpg)

