Sağlamlıq
Hər il 2,5 milyon uşaq bu səbəbdən ölə bilər - Koronavirusdan DAHA TƏHLÜKƏLİ/VİDEO
Video əlavə olunub.
xxx
Dünya hər il 2,5 milyon azyaşlını sadəcə peyvənd vurulmadığı üçün itirə bilər.
Publika.az xəbər verir ki, bu sözləri Hacettepe Universiteti Tibb Fakültəsinin Uşaq Yoluxucu Xəstəlikləri Şöbəsinin rəhbəri Mehmet Ceyhan deyib.

Professor koronavirus pandemiyası müddətində peyvəndin nə qədər əhəmiyyətli olduğunun bir daha sübuta yetirildiyinə diqqət çəkib. O bildirib ki, 13 xəstəliyə qarşı vurulan peyvəndin dayandırılması təqdirində, onlardan ən az 5-i bundan daha pis pandemiyaya səbəb ola bilər.
M.Ceyhanın sözlərinə görə, virus nəzarətdə saxlansa belə, peyvənd tapılana qədər tikan üstündə yaşamalı olacağıq: “Bu virus dünyadan itənə qədər müəyyən qaydalara əməl etməliyik. 1,5 metr məsafə saxlamaq, kütləvi yerlərə girməmək buraya daxildir. Bunlardan qurtulmağımızı təmin edəcək yeganə faktor peyvənddir”.
Sadəcə virusların deyil, bakteriyaların da epidemiyaya səbəb ola biləcəyinə diqqət çəkən Ceyhan peyvənd olmasa, vərəm, meningit, suçiçəyi, hepatit, difteriya kimi xəstəliklərin koronadan daha pis nəticələrə səbəb ola biləcəyini deyib.
Professor əlavə edib ki, koronavirus ana bətnindəki körpəyə cift yolu ilə keçmir: “Amma körpə zəif immun sistemi ilə doğulur. Bir çox mikroba qarşı ana südündən aldığı antikorlar və bəzi qoruyucu maddələr sayəsində immun qazanır. Ana südü bütün mikroblara qarşı qoruyucu maddələrə malikdir”.
Zümrüd,
Video: Sevinc Xanqızı
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu



























_(1).jpg)









