Niyə hər il yüz minlərlə uşağın ölümünə səbəb olan rotavirusa qarşı peyvənd hər kəsə vurulmur?
Bizi izləyin

Sağlamlıq

Niyə hər il yüz minlərlə uşağın ölümünə səbəb olan rotavirusa qarşı peyvənd hər kəsə vurulmur?

Koronavirusa qarşı peyvəndin ixtirasını və tətbiqini səbirsizliklə gözləyirik, həmişəlik ev təcridxanasında qalmaq mümkün deyil və dərmanın tezliklə hazır olacağına böyük ümid bəslənilir. Bəs peyvənd gələn ilin yazından yenidən alovlanacağı gözlənilən COVID-19-dan tamamilə xilas olmağa kömək edə bilərmi?

Məşhur televiziya aparıcısı və Kremlin sabiq baş həkimi Aleksandr Myasnikov bu yaxınlarda sosial şəbəkələrdə mövzuya toxunub. O bildirib ki, on minlərlə, yüz minlərlə insanı bir çox ölümcül xəstəliklərdən xilas edən vaksinlər mövcuddur, lakin insanlar müxtəlif səbəblərə görə bunları vurdurmur və beləliklə ölüm faizi artmaqda davam edir. Myasnikov xüsusilə rotavirusdan ölüm səbəblərinə toxunub. O qeyd edib ki, rotavirusa qarşı peyvəndin çoxdan olmasına baxmayaraq, yüz minlərlə insan hələ də bu səbəbdən ölür.

Bəs niyə rotavirusa qarşı peyvəndi hər kəsə hər yerdə etmirlər? Və görəsən yüz minlərlə insanın adi soyuqdəymədən ölməsi mümkündürmü? ÜST-nin məlumatına görə, 2013-cü ildə (statistika yalnız bu dövrdə yayımlanıb) dünyada 215 min uşaq məhz sözügedən virus səbəbilə ölüb. O vaxtdan bəri vəziyyət kökündən dəyişməyib, belə ölümlər bu günə qədər qalır.

Publika.az kp.ru-ya istinadən xəbər verir ki, pediatr, Moskva tibb mərkəzinin rəhbəri Yevgeni Timakov rotavirus vaksinləri barədə məlumat verib:

“Rotavirus beş yaşdan kiçik uşaqlar üçün təhlükəlidir. Onun simptomları nəticəsində dehidrasiya (bədənin ağır susuzlaşması) baş verir. Bu zaman bədən çəkisinin 10%-ni itirmək ölümcül hesab olunur. 70 kq ağırlığında olan bir insanın rotavirusdan bədən çəkisinin 10 faizini itirməsi ehtimalı azdır. Lakin 20 kiloqram uşaq üçün bu, təhlükəlidir.

Əgər valideynlər həkimə vaxtında müraciət etsələr, xəstəliyin gedişatının xoşagəlməz nəticəsini minimuma endirmək mümkündür. Valideynlər uşağın müalicəsi ilə özləri məşğul olmamalıdır, əks halda bədənin dehidrasiyasına gətirib çıxara bilər”.

Ekspert “Bəs ildə 200 min ölüm hadisəsi niyə baş verir” sualına belə cavab verib:

“Dünyadakı ölümlərin yarısı beş ölkədə baş verir: Hindistan, Pakistan, Nigeriya, Anqola və Konqo. Bu ölkələrdə sanitariya şəraiti və tibbi xidmət səviyyəsi yaxşı deyil. Rotavirus infeksiyasının yaxşı idarə olunduğunu göstərən başqa bir fakt var, bu, infeksiyaya qarşı peyvəndin olmasıdır. Ölkəmizdə bu peyvənd məcburi deyil. O, ucuz deyil, xarici istehsaldır, buna görə də Rusiyanın bütün bölgələrindəki əhalinin pulsuz peyvənd edilməsinə imkan yoxdur. Ancaq Moskvada peyvənd poliklinikalarda və səhvsiz edilir. Yetkinlər rotavirus infeksiyasının yayıldığı hər hansı bir bölgəyə, məsələn, Hindistana gedərsə, özləri ilə tərkibində müxtəlif bağırsaq antiseptikləri, eləcə də rotavirus infeksiyası preparatları olan ilk tibbi yardım dəsti götürməlidir. Ölkəmizdə rotavirus infeksiyasına qarşı hazırlıqlar aparılır. Bəzi dərmanlar həm rotavirusa, həm də bakterial zəhərlənməyə təsir göstərir, virusun, patogenezin qarşısını alır, xəstəliyin mənfi təsirlərini azaldır, ishal sindromunu aradan qaldırır və intoksikasiyanı rahatlaşdırır. Fəsadların qarşısını almağa, bağırsağın lazımi bakterial fonunu bərpa etməyə yönəlmiş dərmanlar da var. Vurğulamalıyam ki, böyüklər üçün rotavirus infeksiyası təhlükəli deyil”, - deyə Yevgeni Timakov qeyd edib.

Myasnikov isə infeksiya nəticəsində ölənlərin statistikasını (dünyada il ərzində) verib:

Qızılca (peyvənd var) - ildə 140 min ölüm

Hepatit B (peyvənd var) - ildə 650 min ölüm

Tetanoz (peyvənd var) - ildə 89 min ölüm

Servikal xərçəng (peyvənd var) - ildə 250 min ölüm

Vərəm (peyvənd var) - ildə 1.5 milyon ölüm

Qrip (peyvənd var) - ildə 650 min-1 milyon ölüm

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm