Sağlamlıq
Professor pandemiyanın növbəti gedişatını proqnozlaşdırdı
Türkiyəli professor Mehmet Cehyan hesab edir ki, koronavirus pandemiyası ilə əlaqədar qaydalar yumşaldılarsa, bu günə qədər görülən bütün tədbirlər puça çıxır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İnfeksiya Xəstəlikləri Dərnəyinin rəhbəri və Hacettepe Universitetinin Uşaq İnfeksiya Xəstəlikləri kafedrasının professoru Mehmet Ceyhan Türkiyənin yeni növ koronavirus pandemiyasının birinci mərhələsini geridə qoyduğunu bildirib.
O, hesab edir ki, sağalanların sayı artıq yoluxanların sayını keçib: “Odur ki, indi epidemiyanın nəzarət altında olduğunu demək olar. Tədbirlərin yavaş-yavaş aradan qaldırılması ilə bağlı qanunlar hazırlanır. Lakin hələlik heç nə bitmiş hesab olunmur. Qarşımızda çox uzun bir yol var, tədbirdən yayınmamaq olmaz.
Tədricən tədbirlərin qaldırılmasına başlanacaq. Əslində, ən kritik mərhələ normallaşma dövrüdür. Çünki əvvəlki normal həyata qayıtdıqdan sonra virusun nə edəcəyini bilmirik. Rahatlaşsaq, yenidən kritik vəziyyətlə qarşılaşa bilərik. Yaponiya və Sinqapur kimi ölkələr qaydaları yumşaltdıqdan sonra yoluxma sayı artmağa başladı. Bu nöqtədə səhv etsək, yenidən zirvəyə qayıdacağıq. Buna görə çox diqqətli davranmalı və virusun reaksiyasını ölçdükdən sonra addım atmalıyıq”.
Mütəxəssis qeyd edib ki, epidemiyanın düz xətt üzrə azalması və ya artması mümkün deyil, dalğalar olacaq:
“Bu tip dalğalanmaların olması olduqca normaldır. Hazırda hər şey müsbət tərəfə doğru gedir. Sağalanların sayı getdikcə artır. Zaman keçdikcə sağalan xəstə sayı enə bilər. Bəzən yeni yoluxmalar ortaya çıxmağa başlayacaq. Bu, epidemiyaya xasdır”.
COVID-19 koronavirusu ispan qripi və digər epidemiyalarla müqayisə edən professor COVID-19-un daha təhlükəli olduğunu bildirib:
“Bu epidemiya SARS, MERS və hətta Eboladan daha çox zərər verdi. Çünki bütün dünyaya çox tez yayıldı. Ölüm faizi digərlərində daha aşağıdır, Ebolada ölüm faizi 50%, MERS-də 30%, SARS-da 10%, COVID-19-da isə ölüm faizi 5% -dir. Lakin bu virusların sürətlə yayılması nəticəsində ölənlərin ümumi sayı digər xəstəliklərdən daha yüksəkdir. İqtisadiyyat və ictimai həyata da təsir etdi. Bu epidemiya birbaşa insanın həyatına toxundu”.
Aytən Məftun
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...


































.jpg)
.jpg)

