Sağlamlıq
Uşaqlarda koronavirusun əsas əlamətləri müəyyənləşdirildi
Çin alimləri uşaqlarda COVID-19-un əsas simptomlarını aşkar edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onların arasında - qızdırma, ishal, qusma və ağır öskürək gəlir. Tədqiqatın nəticələri “PLOS Medicine” jurnalında dərc olunub.
Mütəxəssislər 27 yanvar - 23 fevral arasında Çindəki dörd xəstəxanada koronavirus infeksiyası olan 34 xəstənin klinik məlumatlarını toplayaraq təhlil edib. Xəstələr xəstəliyin ilkin şikayətlərini və gedişatını izah edib.
Böyüklərdən fərqli olaraq uşaqlarda yüksək temperatur, qusma və ishal, həmçinin ağır öskürək müşahidə olunub. Eyni zamanda, yetkinlik yaşına çatmayan uşaqlarda ağciyər zədələnməsinin və COVID-19-un ağır gedişatının daha az yayıldığı müəyyənləşib.
Alimlər azyaşlı xəstələrin spesifik klinik xüsusiyyətlərinə daha çox diqqət yetirməyi məsləhət görüb. Tədqiqatda koronavirusun uşaqlardan böyüklərə ötürülməsinə dair birbaşa sübut olmadığı, ancaq epidemiya ilə mübarizə üsulları hazırlanarkən bu riskin nəzərə alınmalı və ailə səviyyəsində profilaktik tədbirlərin görülməli olduğu qeyd edilib.
Aytən Məftun
-
Nida Xəbər 19:12Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO
-
ABŞ18:50Parkdan 1 milyon dollar dəyərində almaz tapıldı
-
Elm və təhsil18:40Sumqayıtda məktəb direktoru 48 yaşında vəfat etdi - FOTO
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?

























.jpg)










.jpg)

