Sağlamlıq
Koronavirusun sonradan üzə çıxan dəhşətli FƏSADLARI - Kişi sonsuzluğu və ...
Ağciyərlərin iltihabı, öskürək, təngənəfəslik və hərarət kəskin koronavirus infeksiyasının əlamətləridir. Bir qayda olaraq, bu diaqnozları olan xəstə bir neçə həftəni xəstəxanada keçirir. Lakin COVİD-19 üçün müalicə tam bərpa olmaq demək deyil. Getdikcə həkimlər, virusun çoxlu fəsadlara səbəb olduğunu söyləyirlər. Virus tənəffüs sistemi ilə əlaqəli olmayan orqanlara təsir göstərə bilər. Hər şey təsirləbir - immun sistemindən sidik kisəsinə qədər.
Publika.az eskpertlərin açıqlamalarına istinadən xəbər verir ki, hər kəsə aid deyil - ancaq xəstələrin çoxu koronavirusa yoluxduqdan sonra sağlamlıqlarının pis olmasından şikayətlənirlər. Üstəlik, fəsadlar dərhal baş vermir, bəzi simptomlar bərpa olunduqdan altı ay sonra üzə çıxır.
Oxucuları xəstəliyin məlum nəticələr və fəsadları ilə tanış etmişik.
Koronavirusun 10 nəticəsi:
Travma sonrası sindromun: Stressli vəziyyətdən sonrakı zehni pozğunluq
Simptomlar: Əsəbilik, sosial aktivliyin azalması, yuxusuzluq
Anosmiya (qoxu hissinin olmaması, iybilmə qabiliyyətinin azalması): mərkəzi sinir sisteminin reseptorlarına zərəri.
Simptomlar: Qoxu və dadbilmə qabiliyyətinin itirilməsi
Ağciyər fibrozu: Ağciyərlərin sıxılması.
Simptomları: Təngənəfəslik, boğulma.
Miokardid: Ürək əzələlərinin iltihabı.
Simptomlar: Temperatur 37 ° C, zəiflik, təzyiqin azalması.
Lenfopeniya: Qanda limfositlərin səviyyəsinin azalması.
Simptomları: Bədənin ümumi immunitetinin kəskin azalması
Ürək çatışmazlığı: Ürək fəaliyyətinin pozulması.
Simptomları: Təngənəfslik, zəiflik.
Böyrək çatışmazlığı: Pozulmuş böyrək funksiyası, iltihab.
Simptomları: Ödem, maye toplanması, sidik problemi.
Psevdomembranoz kolit: Bağırsaq seliyinin kəskin iltihabı.
Simptomları: Qarın ağrısı, ishal, nəcisdə selik və ya qan.
Kişi sonsuzluğu: Testislərdə testikul zədələnməsi.
Simptomlar: İqtidarsızlıq problem, libidonun azalması.
Bu uzun və xoşagəlməz xəstəliklər siyahısında yaxşı, ya da heç olmasa daha az pis xəbər var. Bu fəsadlar hamısı xroniki deyil. Yəni vaxtında aşkarlanması və lazımi müalicə ilə koronavirusun bütün nəticələri aradan qaldırıla bilər. Əsas odur ki, heç nəyi şansa buraxmayın və ilk simptomlarda bir həkimə müraciət edin.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





