Sağlamlıq
Çipsilər deyildiyi kimi zərərli deyil - Dietoloq
Çipsi və qazlı sular düzgün qidalanmanın əsas düşmənlərindən biridir, lakin müəyyən istifadə ilə insan orqanizminə bəzi meyvələrdən çox zərər vermir.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı dietoloq İvan Alimenko danışıb:
“Çipsilər yüksək təzyiqi olan insanlar üçün zərərlidir, çünki duzlu olurlar. Tərkibində xolesterin olduğu üçün aterosklerozlu insanlar üçün, eyni zamanada çox kalori olduğundan obez insanlar üçün zərərlidir. Ancaq başa düşməlisiniz ki, bəzi faydalı məhsullar da bu xəstəlikləri olan insanlar üçün zərərlidir”.
Alimenkonun sözlərinə görə, çipsilər o halda zərər verir ki, böyük paketlərdə alınır. Böyük paketlər kiçiklərdən daha sərfəlidir, odur ki, insanlar böyük ölçülərə daha çox üstünlük verir. Bu da öz növbəsində mənfi nəticələrə gətirib çıxarır. O qeyd edib ki, çox sayda meyvə də sağlamlığa mənfi təsir göstərə bilər:
“İnsanlar bilməlidir ki, həddən artıq şirin meyvə qəbulu da köklüyə səbəb olur, bütün fruktoza mədəyə daxil olur və visseral yağ əmələ gətirir”.
Qidalanma mütəxəssisi əmindir ki, az zərərli məhsulların kiçik qablaşdırılmalarının təbliğatını aparmaq lazımdır. Bu, həm köklüyə səbəb olmayacaq, həm pula qənaət edəcəklər, həm də bütün risklər aşağı enəcək.
Aytən Məftun
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
