Sağlamlıq
Koronavirusun 6 forması müəyyənləşdi - ƏLAMƏTLƏR
London Kral Kollecinin alimləri koronavirusun yaratdığı xəstəliyin altı əsas formasının olduğunu bəyan ediblər.
“Sky News”un yaydığı məlumatda qeyd olunur ki, hər bir formanın fərqli simptomları mövcuddur və bu, ciddi fəsadların inkişaf riskini təyin etməyə imkan verir. “Qripə bənzər” adlandırılan birinci və ikinci halda insanlarda baş ağrısı, qoxunun itməsi, öskürək və boğaz ağrısı ola bilər.
Birinci qrupda əzələ və sinə ağrıları olduğu halda, ikinci qrupda sinədə səs-küy, hərarət və iştahsızlıq olur.
Üçüncü formada (Mədə-bağırsaq - Red) infeksiya insanda ishal, iştahsızlıq, sinə ağrısı yaradır, ancaq öskürək olmur.
Dördüncü qrupa daxil (Yorğunluq - Red) olan xəstələrdə aşağıdakı simptomlar olur: baş ağrısı, qoxu itkisi, öskürək, hərarət, öskürək, sinə ağrısı, daim yorğunluq.
Alimlər beşinci və altıncı formaları ağır hallar hesab edirlər. Belə ki, bu forma baş ağrısı, qoxu itkisi və iştahsızlıq, öskürək, qızdırma, boğaz və sinə ağrısı, yorğunluq, fikrin qarışıq olması ilə xarakterizə olunur. (report)
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)





















.jpg)

.jpg)