Sağlamlıq
Beynin funksiyalarını sağlamlaşdıran, damar tıxanıqlığını məhv edən ƏN FAYDALI QİDALAR
Yediyimiz qidalar sadəcə toxluq hissi təmin etməklə kifayətlənməyib, həm də orqanizmimizin ehtiyaclarını qarşılayır. Eyni zamanda, qidalardan bəziləri spesifik vəzifələri də öz üzərinə götürür. Bunlardan biri isə beynin daha faydalı işləməsidir.
Publika.az beynin sağlamlığını qoruyan və ona dəstək olan qidaların siyahısını təqdim edir.
Balıq
Skumbriya, sardinya, qızıl balıq kimi yağlı balıq növləri beynin inkişafını təmin edən Omeqa3 yağ turşu birləşmələri ilə zəngindir. Sinir əlaqələrin düzgün qurulması və beyində iltihablarnma riskinin aşağı salınmasına yardmçı olurlar.

Qoz
Beynin sağlamlığı üçün tərkibində antioksidantlar, E vitamini, fol turşusu, Omeqa3 var. “British Journal of Nutrition”da yayımlanan bir araşdırmada qoz tərkibli pəhriz menyusunun gənclərin məntiq testlərində uğurlu olmasını ortaya qoyub.

Yumurta
Beynin ötürmə xidməti olan nevrotransmitterləri dəstəkləyən B qrupu vitaminlərinə yağ birləşmələri ilə zəngindir. Bu, beynin hüceyrə istehsalına fayda verir. Yumurtadakı amin turşuları zehni və nevroloji problemlərin qarşısını almaqda əhəmiyyətlidir.

Kakao
Tərkibindəki flavanollar hafizəni dəstəkləyir. Bu flavanollar dammar tıxanıqlığını da azaltmağa yardımçı olur. Xam kakaonu südə əlavə edib meyvə quruları ilə birlikdə qəbul edə bilərsiniz. 70% kakaolu şokoladlar da beyinə fayda verir.

Badam
E vitamini ilə zəngindir. E vitamininin beyində qocalma ilə birlikdə yarana biləcək gərginliyi azaltdığı məlumdur.

Zümrüd
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)