Sağlamlıq
Pomidoru soyuducuda saxlamaq olmaz - XƏBƏRDARLIQ
Elm adamları bildirirlər ki, pomidorların soyuducuda saxlanılması doğru deyil. 12 dərəcədən aşağı temperaturda saxlanılan pomidor təzə qalsa da, dadı tamamilə dəyişir.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Florida Universitetinin tədqiqatçıları isə iri marketlərdə satılan pomidorların görünüşü yaxşı olsa da, niyə dadsız olduğuna aydınlıq gətiriblər. Onlar qeyd edirlər ki, pomidorlar soyuduculara qoyulur, sonra bir neçə gün otaq temperaturunda saxlanılır.
Bundan başqa, pomidorların yetişməsi üçün lazım olan müddət gözlənilmir və vaxtından əvvəl yığılaraq tez əmələ gəlməsi üçün qazdan istifadə olunur.
Qeyd edək ki, pomidorun insan sağlamlığına çox xeyri var. Belə ki, bol vitamin mənbəyi olan pomidor dərini nəmləndirir və parlaqlaşdırır. Həmçinin ürək, xərçəng xəstəlikləri, infarkt, yüksək təzyiq riskini aşağı salır, görmə qabiliyyətini yaxşılaşdırır, yaşlanma prosesini ləngidir.
Pomidor hüceyrələrin bərpası və əzələ kütləsinin artırılması üçün gərəkli olan zəngin protein mənbəyidir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
