Sağlamlıq
Çox düyü yeyənlərə üzücü xəbər: ÖLÜM RİSKİNİ ARTIRIR
Çox düyü yemək ürək-damar xəstəliklərindən ölmək riskini artırır.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq araşdırma “Science of Total Environment” jurnalında dərc olunub.
Mançester və Salford Universitetlərinin alimləri İngiltərə və Uels sakinlərinin məlumatlarını təhlil edib və müntəzəm düyü yeyilməsinin onların orqanizminə təsirini qiymətləndiriblər. Məlum olub ki, sağlamlıq problemləri olan düyü həvəskarlarının 25 faizinin ürək-damar xəstəliklərindən ölüm riski daha yüksəkdir.
Modelləşdirmə nəticəsində tədqiqatçılar düyü yeməkdən artan sağlamlıq riskinin, təxminən, 6 faiz olduğunu müəyyənləşdiriblər. Onların fikrincə, düyü özündə sonradan insan orqanizminə də daxil olacaq arsen maddəsini saxlaya bilər. Alimlər bu maddənin hətta kiçik dozalarda olsa belə, uzunmüddətli istifadəsinin ürək-damar sistemi üçün təhlükəli olduğunu bildirib və hər il minlərlə insanın vaxtından əvvəl ölümünün səbəbi kimi göstərib.
Xəstəlik riskini azaltmaq üçün mütəxəssislər bu məhsulu sevənlərə rasionunu digər dənli bitkilərlə genişləndirməyi, habelə müxtəlif düyü növlərini - məsələn, basmati və ya cilalanmış düyünü seçməyi məsləhət görürlər.
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz




































