Sağlamlıq
Koronavirusa qarşı peyvənd edilən gün nələri etmək olmaz?
Koronavirusa qarşı peyvənd edildiyi gün spirtli içki içməməlisiniz, çünki alkoqol xəstənin immun sistemini və dərmanın təsirini zəiflədə bilər.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş ekspert-narkoloqu Yevgeni Bryun danışıb.
“Demək olar ki, hər hansı bir dərman, o cümlədən koronavirus infeksiyasına qarşı vaksin alkoqol ilə uyğun gəlmir. Çünki ilk növbədə zəhərli təsir göstərir, immuniteti zəiflədir və peyvəndin təsiri azalır”, - mütəxəssis müsahibəsində insanlara xəbərdarlıq edib.
Qeyd edək ki, 11 avqustda Rusiya Səhiyyə Nazirliyi və Qamaleya Mərkəzində alimlər tərəfindən Rusiya Birbaşa İnvestisiya Fondu ilə birlikdə hazırlanmış koronavirusa qarşı dünyada ilk peyvənd qeydə alınıb. Dərman “Qam-COVID-Vak” və ya “Sputnik V” adlandırılır.
Ölkədə xəstəliyə qarşı kütləvi peyvənd başladığı zaman hər kəs könüllü olaraq peyvənd vurdura bilər. Ancaq Rusiyadakı uşaqlar koronavirusa qarşı peyvənd olunmayacaqlar.
Aytən Məftun
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)