Sağlamlıq
Koronavirusun müalicəsində istifadə edilən dərmanlar bu orqanı sıradan çıxarır
Koronavirusun müalicəsində istifadə edilən ağrıkəsicilərin intensiv istifadəsinin böyrəklərə təsiri üzə çıxıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fakt araşdırma ilə sübut olunsa da, mütəxəssislər ağrıkəsicilər barədə xəbərdarlıq edib. Türkiyə Böyrək Vəqfi Əhməd Dializ Mərkəzinin baş həkimi, nefroloq Bilal Görçin bildirib ki, saç köklərindən ayaq dırnaqlarına qədər şiddətli ağrılar hiss edən xəstələrə parasetamol və güclü revmatizm ağrıkəsiciləri verilir:
“Yatan xəstələrdə isə bu dərmanlar damardan verilə bilər. Hətta morfin kimi ağır dərmanlar istifadə edilə bilər. Xüsusilə revmatizm ağrıkəsiciləri böyrəklərdə ciddi fəsadlara yol açır. COVID-19-un özü və müalicədə istifadə olunan antibiotiklər, antiviral və yüksək dozalı vitaminlər, ağrıkəsicilər böyrək zədələnməsinə səbəb olur. Böyrəklərə vurulan bu zərər müvəqqəti xarakter daşıyır. Koronavirusun birbaşa böyrəyi zədələdiyi və ya qalıcı ziyan vuraraq dializ tələb etdiyi hələ bildirilməsə də, reanimasiyada izlənilən xəstələrin 80 faizi müxtəlif dərəcədə kəskin böyrək zədələnməsindən əziyyət çəkir”.

Türkiyə Böyrək Vəqfinin rəhbəri Timur Erksə qeyd edib ki, koronavirusun müalicəsində ağrıkəsici dərmanların rolu böyükdür:
“Əlbəttə ki, müalicə və istifadə edilən dərmanlardan mümkün deyil, lakin ailə və cəmiyyətin sağlamlığını qorumaq naminə koronavirusla əlaqədar bütün tədbirləri yerinə yetirmək lazımdır. Görüləsi ən vacib tədbir səhiyyə mütəxəssislərinin çağırışlarına riayət etməkdir”.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


