Sağlamlıq
Sarımsaq koronavirusun müalicəsində effektlidir?
Sarımsaq çoxları tərəfindən demək olar ki, əksər xəstəliklərin dərmanı hesab olunur. Bu bitki antibakterial və antiviral xüsusiyyətlərə malikdir, immnuniteti stimullaşdırır. Ancaq rusiyalı qastroenteroloq Nikita Xarlov sarımsağı çiy halda yeməməyi məsləhət görüb.
Publika.az xəbər verir ki, ekspert bu barədə “Sputnik” radiosunun efirində qonaq olarkən danışıb.
“Çiy sarımsaq yalnız bakteriya və göbələkləri öldürmür, həzm sisteminin selikli qişasını da qıcıqlandırır”, - mütəxəssis izah edib.
Sarımsağın koronavirusun müalicəsində təsirindən söz açan Xarlov vurğulayıb ki, qıcıqlanmış bağırsaq sindromlu insanlarda sarımsaq ciddi əks reaksiyaya səbəb ola bilər. Bundan başqa, sarımsağı buruna sürtmək selikli qişanın qıcıqlanması nəticəsində qoruyucu baryerin azalmasına və ödemin meydana gəlməsinə yol aça bilər.
Həkim sarımsağı istənilən formada yeməklərdə ədviyyat kimi istifadə etməyi məsləhət görüb: qurudulmuş, təzə, qaynadılmış və ya yeməklə bişmiş.
Sonda həkim sarımsaqlı faydalı resept paylaşıb. Bunun üçün yarım litr südə bir neçə diş sarımsaq əlavə edib, iki-üç gün qaranlıq yerdə saxlayın. Nəticədə çıxan kefirdə laktik turşu bakteriyaları çoxalır, lakin parazit və göbələklər ölür.
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)
















.jpg)

.jpg)